ABŞ prezidentliyinə demokratların namizədi Hillari Klintonun Nyu Yorkda 11 sentyabr qurbanlarının memorialı önündə terrorun ildönümü ilə bağlı keçirilən mərasimdə halı pisləşib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, mərasimin gedişində özünü pis hiss edən xanım Klinton mikroavtobusa doğru gedib və bu zaman huşunu itirib. Fox News-un xəbərinə görə, hadisə şahidləri cangüdənlərin ona avtomobilə oturmaqda yardımçı olduğunu bildirib. Xanim Klintonun təntənəli hüzn mərasimində halının pisləşməsini onun seçki kampaniyasının mətbuat katibi Nik Merill də təsdiqləyib. O deyib ki, mərasimin gedişində halının dəyişdiyini görən xanım Klinton qızının evinə getmək məqsədilə tədbiri yarımçıq tərk edib.
“Hazırda o özünü yaxşı hiss edir”- daha sonra Merill deyib.