Misir polisi eks-prezident Məhəmməd Mursinin oğlunu və qardaşını hakimiyyətə qarşı kütləvi aksiyalara çağırış ittihamı lə həbs edib.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə “Əl-Yaum Əs-Səbiə” ərəb nəşri xəbər yayıb. Qahirənin şərqindəki Şərkiyə əyalətinin bir kəndində yaşadığı deyilən Mursilərin ölkədə qızışdırıcılıq fəaliyyəti apardığı və kütləvi aksiyalara çağırışlar etdiyi bildirilir.
Xatırladaq ki, 2015-ci ildə Qahirə məhkəməsi eks-prezident Məhəmməd Mursi barəsində 2011-ci ildə həbsxanadan kütləvi qaçışı təşkil etmə ittihamı üzrə edam hökmü çıxardı. Lakin sonradan vəkillərinin bu qərardan verdiyi şikayət təmin olundu və Mursi və iki tərəfdarı şpionajda suçlu bilinərək barələrində ömürlük həbs qərarı verildi. Tərəfdarlarının bu qərara etiraz olaraq keçirdiyi etiraz aksiyalarının isə heç bir nəticəsi olmadı və yüzlərlə insan bu aksiyaların qurbanı oldu.