Dünən İrəvanın Azadlıq meydanında müxalifətin mitinqi keçirilib. Baki-xeber.com-un erməni saytlarından əldə etdiyi xəbərə görə, mitinqdə “Vətəndaş həmrəyliyi” partiyası ölkənin baş nazir postuna müxalif deputat Nikol Paşinyanın namizədliyini irəli sürüb. Aksiyada təklifi səsləndirən sözügedən partiyanın üzvü Lena Nazaryan deyib ki, Paşinyanın namizədliyinin irəli sürülməsində məqsəd ölkədə hakimiyyət dəyişikləyini sürətləndirməkdir. Xəbərdə o da bildirilir ki, “Vətəndaş həmrəyliyi” partiyası bu günlərdə digər müxalifət partiyaları ilə kölgə hökumətinin qurulması barədə danışıqlara başlayacaq.