Afina Rusiya qazının Avropaya nəqli üçün qaz borusunun Yunanıstan ərazisində inşası layihəsində iştirak etməyə hazırdır.
Baki-xeber.com bu barədə “Yeni şafak” qəzetinə istinadən xəbər verir. Xəbərə görə, Yunanıstanın energetika naziri Panos Skurletis bildirib ki, Yunanıstan qaz borusunun inşasında maraqlıdır və layihədə iştirak etməyə hazırdır, lakin hər şey Avropadan asılıdır.
Skurletis qaz borusunun tikintisilə bağlı heç bir texniki problemin olmayacağına əminliyini də bildirib və sözügedən mövzuda Avropa Komissiyası ilə danışıqlarda İtaliya və Avstriyanın da iştirak edəcəyini istisna etməyib.