Lavrov və Kerri Cenevrə danışıqlarının nəticələrini elan etdi
ABŞ və Rusiya xarici siyasət idarələrinin başçıları Con Kerri və Sergey Lavrov Cenevrə danışıqlarının nəticəsi olaraq hazırladıqları, Suriyada vətəndaş müharibəsinə son qoyacaq və münaqişənin siyasi çözümünə yol açacaq planı açıqlayıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, sənəd tərəflər qarşısında 12 sentyabr tarixindən hərbi əməliyyatları dayandırmaq vəzifəsini qoyur. Con Kerri deyib ki, bu öhdəlik sentyabrın 12-si saat 00:00-dan qüvvəyə minir.
Eyni zamanda razılaşma ilə HHQ-nin Suriyanın mülayim müxalifətinin nəzarətində olan rayonları üzərində uçuşlarına son verilir. Beləliklə də Suriya aviasiyası ekstremislər adı altında müxalifətə hava zərbələri endirə bilməyəcək. Həmçinin Moskva və Vaşinqton Suriyanın Rusiya HKQ və ABŞ HHQ-nin fəaliyyət göstərəcəyini də müəyyənləşdirib. Bu isə onların fəaliyyətlərini koordinasiya edəcəyi deməkdir.
Lavrov deyib ki, atəşkəs rejimi 7 gün davam edəcək, bundan sonra isə xüsusi Mərkəz yaradılacaq ki, həmin Mərkəzdə də ABŞ və Rusiyanın xüsusi xidmətləri müxalifətin terrorçulardan fərqləndirilməsi üzrə birgə praktik məsələlərlə məşğul olacaq. Onun sözlərinə görə, atəşkəs üçün ilkin müddət 48 saat müəyyən edilib.
S.Lavrov onu da deyib ki, artıq Suriya rəhbərliyi Cenevrə danışıqlarının nəticələrilə tanış olub və sənəddən irəli gələn öhdəlikləri yerinə yetirməyə hazırdır. Öz növbəsində, ABŞ və Rusiya da razılaşmadan irəli gələn vəzifələrin yerinə yetirilməsində əllərindən gələni rtməyə hazırdırlar.
Xatırladaq ki, iki ölkə xarici siyasət idarələri başçılarının Cenevrə görüşünün nəticəsi olaraq Lavrov və Kerri arasında 5 sənəd imzalanıb.