“Fırat qalxanı” əməliyyatı çərçivəsində irəliləyən Türk Ordusunun qarşısında İŞİD sürətlə geri çəkilir.
Baki-xeber.com-un “Yeni-Şafak”a istinadən xəbərinə görə, Qurban bayramı ərəfəsində Əl-Bab şəhərini terrorçulardan təmizləməyi hədəfləyən Türk Ordusu bu şəhərdən 20 kilometrlik məsafədə ikən İŞİD-in şəhər çevrəsindən qaçmağa başladığı ortaya çıxıb. O da bəlli olub ki, qaçan terror təşkilatı üzvləri ailələrini də Rakkaya göndərir.
Bu arada “Fırat qalxanı” əməliyyatının uğurlarından rahatsız olan PKK uzantısı YPG Afrindən Türk polis idarəsinə hücum edib, lakin anında qarşılıq alıb. Hərbi qaynaqlardan bildirildiyinə görə, YPG bununla Türk Ordusunu provokasiyaya çəkməyə çalışır. Məqsəd isə onun qarşılıq verməsi və “Türkiyə YPG-yə hücum edir” xəbərinə zəmin hazırlamaqdır.
Xəbərdə, eyni zamanda, Türkiyənin Suriyada vəziyyəti kökündən dəyişəcək Əl-Bab və Rakka əməliyyatlarına qarşı İŞİD-in əsgəri qüvvə topladığı da bildirilir.