ABŞ-ın maraqlarına zidd olaraq Yaxın Şərqdə, Cənubi Afrikada, həmçinin Avropa və Asiyada terakt təhlükələri hələ də qalır.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə xəbərdarlıq ABŞ Dövlət Departamentinin xarici ölkələrə səfər edən Amerika vətəndaşlarına etdiyi müraciətdə yer alır. Xəbərdarlıq sənədində deyilir ki, “İslam dövləti” terrorçu təşkilatı öz tərəfdarlarını, harada olmalarından asılı olmayaraq, ABŞ və Vaşinqtonun koalisiya üzrə müttəfiq ölkələrinin vətəndaşlarına hücum etməyə çağırıb. Departament bildirir ki, ABŞ-ın maraqlarına zidd olaraq Yaxın Şərqdə, Cənubi Afrikada, həmçinin Avropa və Asiyada terror təhlükələri hələ də qalmaqdadır.