Rusiya XİN başçısı Sergey Lavrov Cenevrədə ABŞ dövlət katibi Con Kerri ilə apardıqları danışıqlar əsnasında qapıda gözləyən jurnalistləri də yaddan çıxarmayıb.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, Lavrov jurnalistlərə pitsa və 2 şüşə araq gətirib. Xəbərə görə, Lavrov “Pitsa Amerika nümayəndə heyətindən, araqlar isə Rusiya tərəfindən”- deyə bildirib.
Xatırladaq ki, iki ölkənin xarici siyasət idarəsi başçılarının Cenevrə görüşü 14 saat sürməklə son Moskva görüşünü zaman baxımından kölgədə qoyub.