09:56
Rusiya və ABŞ Cenevrədə Suriya tənzimlənməsi üzrə 5 sənəd razılaşdırıb.
Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov görüş sonrası jurnalistlərə açıqlamasında deyib.
Lavrov bildirib ki, 5 razılaşmadan ibarət sənəd terrorizmlə mübarizənin koordinasiyasına və yerli əhalinin ehtiyac duyduğu humanitar dəstəyin genişlənməsinə öz töhfəsini verəcək. Lakin hər şeydən əvvəl, atəşkəsin möhkəmlənməsinə xidmət edəcək ki. bu da xeyli müddətdir yerində sayan münaqişənin çözümü ilə bağlı siyasi prosesin yenilənməsinə imkan yaradacaq. O deyib ki, ilk addım ABŞ və Rusiyanın nüfuz dairəsində olan qüvvələrin başlanğıc üçün 48 saatlıq atəşkəs rejiminə sadiq olduqlarını göstərməsindən ibarət olacaq ki, bu, daha sonra 48 saat da uzadılmaqla bu rejimə davamlı əməl olunmasına gətirəcək.
08:36
Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya danışıqları başa çatib.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, 14 saat sürən danışıqlar zaman baxımından Moskva görüşünü kölgədə qoyub. Rusiya nümayəndə heyətindən agentliyə verilən məlumata görə, danışıqlarda Suriya HHQ-nin müxalifətin nəzarətində olan ərazinin üzərindən uçmaması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda tərəflər bölgənin hərbsizləşdirilməsi, bu kontekstdə ordunun Hələb və Kastellodan çıxarılması barədə razılıq əldə edib.
Görüş sonrası iki ölkənin xarici siyasət idarəsi başçıları Suriyada münaqişə tərəflərini 12 sentyabra kimi atəşkəs rejiminə qoşulmağa çağırıb. Şəxsən Kerri isə müxalifətə özlərini terrorçulardan aralı tutmaq çağırışı edib.