Bağdadın şərqində Neft nazirliyinin yaxınlığında yerləşən ticarət mərkəzinin qarşısında bombalı avtomobil partlayıb.
Baki-xeber.com-un “Reuters”ə istinadən xəbərinə görə, nəticədə 12 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Hadisənin məsuliyyətini “İslam dövləti” terrorçu təşkilatı öz üzərinə götürüb.