Türkiyə Suriyada başlatdığı "Fərat qalxanı" əməliyyatının 17-ci günündə daha 3 şəhid verib. Belə ki, İŞİD Suriyada Türkiyə Silahlı Qüvvələrinin tankını vurub. Baki-xeber.com xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.
Qeyd edilir ki, "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalında Tel Əl-Hava yaşayış məntəqəsində türk hərbçiləri ilə İŞİD silahlıları arasında toqquşma baş verib. Terrorçular raketlə türk tankını vurub. Nəticədə üç türk əsgəri ölüb, biri isə yaralanıb.
"Fərat qalxanı" əməliyyatı başlayandan bəri Türkiyə 7 şəhid verib.