Türkiyədə hökumətin qapatdığı Telekommunikasiya Əlaqə Nazirliyini (TİB) quran və daha sonra Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) tabeliyindəki Elektron Sistemlər Komandanlığına rəhbərlik etmiş keçmiş kəşfiyyatçı Bəsri Aktəpə həbs edilib.
Baki-xeber.com xəbər verir ki, B.Aktəpə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində həbs olunub. O, MİT rəhbəri Hakan Fidanın sağ əli kimi də tanınıb.
O da bildirilir ki, Aktepe MİT-dən sonra Silahlı Qüvvələrin Baş Qərargahının Elektron sistemlər idarəsinin rəisi vəzifəsində də işləyib.
Baki-xeber.com