ABŞ dövlət katibi Con Kerri Rusiya XİN başçısı Sergey Lavrovla görüşmək məqsədilə cenevrəyə gedib.
Baki-xeber.com-un ”İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Dövlət Departamenti bildiriş yayıb.
Bildirişdə göstərilir ki, cümə gününə planlaşdırılan görüşdə diplomatik qurum başçılarının diqqəti Suriyada döyüşlərin dayandırılması və yerli əhaliyə humanitar dəstəyin daha aktiv fazaya keçməsi üzərində cəmləməsi gözlənir.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir ki, bugünkü diskussiya son günlər baş tutan danışıqların davamı kimi regionda vətəndaş müharibəsinin qarşısının alınması üçün əsas olan zorakılığın azaldılması, əhaliyə humanitar dəstəyin artırılması və münaqişənin siyasi həllinin tapılmasına yönəlib.