BMT Təhlükəsizlik Şurası bu gün Nyu-York vaxtı ilə günün ikinci yarısında təcili toplantı keçirəcək.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə xahişlə quruma Yaponiya, Cənubi Koreya və ABŞ müraciət edib. Xəbərə görə, bu gün Moskva vaxtı ilə saat 03:30-da KXDR-rə 5 bal gücündə zəlzələ qeydə alınıb. Lakin zəlzələ xəbərinin ardından Cənubi Koreya prezidenti Pan Kın Xe və Yaponiya hökumətinin baş katibi Esixide Suqa KXDR-in daha bir nüvə sınağı keçirdiyi barədə bəyanat yayıb.
Cənubi Koreya hərbçilərinin açıqlamasına görə, göstərilən gücdə partlayış 10 kiloton partlayıcı ilə mümkündür ki, bu da yanvardakı analoji hadisə zamanı istifadə olunan partlayıcı həcmindən az qala iki dəfə çoxdur. Qeyd olunur ki, yanvarda bu həcm 6 kiloton təşkil etmişdi.