Amerikalı məşhur iqtisadçı Artur Beç Laffer maraqlı açıqlamalarla gündəmə gəlib. Baki-xeber.com xəbər verir ki, bir tədbirdə sualları cavablandıran iqtisadçı Türkiyə iqtisadiyyatının çox yaxşı vəziyyətdə olduğunu deyib və Rəcəb Tayyib Ərdoğanı onlara verməyi təklif edib.
Möhkəm iqtisadiyyatın beş əsas siyasət üzərində qurulduğuna diqqəti çəkən Laffer bildirib ki, yaxşı iqtisadiyyat üçün aşağı vergi dərəcələri, geniş əsaslı sabit vergilər, maliyyə xərclərini azaltmaq, möhkəm pul siyasəti, sərbəst ticarət və başqa tədbirlər lazımdır. Laffer, bu siyasətlərin ABŞ üçün "Şimal Ulduzu" mənasına gəldiyini deyərək, "Şimali Ulduzunu izləsəniz müvəffəqiyyət əldə edərsiniz" – deyə bildirib.
Laffer Türkiyə iqtisadiyyatı ilə əlaqədar dünyada səhv məlumatlar olduğunun deyib: "Türkiyə iqtisadiyyatı mənə görə yaxşı vəziyyətdədir. Zəif iqtisadiyyat görmək istəyirsinizsə ABŞ-a gəlin. Buraya gələrkən bir yoldaşım, “Ərdoğanı bizə versinlər vəziyyətimiz əla olar” dedi. Qısası, təklifim budur, “Obamanı alın, Ərdoğanı bizə verin”. Türkiyədə həm vergi, həm özəlləşdirmə sahəsində əldə etdiyi uğurlar alqışlanmalıdır".
Onu da xatırladaq ki, Laffer keçmiş ABŞ prezidenti Ronald Reyqanın dövründə İqtisadi Siyasəti Komitəsində işləyib. Laffer həmçinin keçmiş İngiltərə baş naziri Marqaret Tetçerin maliyyə siyasəti üzrə müşaviri olub.