Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer erməniləri məyus edən açıqlama verib.
Baki-xeber.com-un lragir.am (erməni) saytına istinadən xəbərinə görə, o rəsmi şəkildə bəyan edib ki, Bundestaqın 2 iyun tarixində “erməni genosidi” ilə bağlı qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur.
Qeyd edk ki, Ştaynmayerin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Almaniyadan olan müfəttişlərin Türkiyədəki “İncirlik” hərbi bazasına buraxılması məsələsi müzakirə edilib və danışıqlar nəticəsində bu barədə razılıq əldə olunub.