ABŞ və Türkiyə Rakkada əməliyyatın yerli qüvvələrin iştirakı ilə keçirilməsini razılaşdırıb.
Baki-xeber.com-un “Yeni şafak”a istinadən xəbərinə görə, bu barədə Pentaqon açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu gün Londonda BMT TŞ-nin toplantısında bir araya gələn Pentaqon rəsmisi Eşton Karter və Türkiyənin Müdafiə naziri Fikri İşık Rakkanın İŞİD-in əlindən alınmasının bir nömrəli vəzifə olduğunu bildirib.Pentaqonun açıqlamasında o da bildirilir ki, şəhərin İŞİD-dən təmizlənməsində YPG iştirak etməyəcək. Bu, Türkiyənin əsas şərtidir. ABŞ YPG-nin artıq Menbiçi tərk etdiyini bir daha təkrarlayıb...