İŞİD və PKK terror təşkilatlarının sıx əlaqələri var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə son silahlı məhv edilənədək PKK və İŞİD-lə mübarizə aparacaq.
Ərdoğan onu da deyib ki, Türkiyənin xaricdə fəaliyyət göstərən istənilən təşkilat və qurumunda "türk" və "Türkiyə" sözlərindən istifadə etmək qadağan olunub. Onun sözlərinə görə, bu qərar həmin brendlərdən xaricdə uzun müddət istifadə edən Gülən hərəkatına qarşı mübarizə çərçivəsində qəbul edilib.
Prezident bildirib ki, bundan sonra yalnız dövlət strukturlarının xaricdə həmin brendlərdən istifadə etmək səlahiyyəti olacaq.