Özbəkistanın Baş naziri Şavkat Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Qərar Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclasında qəbul edilib.
Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının birgə iclasında Mərkəzi Seçki Komissiyasına (MSK) 3 ay ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tapşırılıb. Bu barədə Özbəkistan parlamentinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, Özbəkistan Prezidenti İslam Kərimov insult keçirdikdən sonra sentyabrın 2-də vəfat etmişdi.