Azərbaycanın ardından Türkiyə də qış vaxtına keçiddən imtina edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat dərc edib. Məlumatda deyilir ki, gün ışığından daha çox istifadə məqsədilə 26 mart 2016-cı il tarixindən saatların bir saat irəli çəkilməsi şəklində müəyyən olunan yaz saatının bütün il boyu davam etdirilməsi barədə rəsmi qərar verilib. Bununla da Nazirlər Kabineti müvafiq sənədin hər il 30 oktyabr tarixində saatların bir saat geri çəkilməsini nəzərdə tutan maddəsini ləğv edib.