Rusiya hökuməti ilə Laos arasında qarşılıqlı viza rejiminin ləğvi ilə bağlı sənəd imzalanıb.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, sənədi Rusiya baş naziri Dmitri Medvedyev və Laos prezidenti Bunnyanq Voraçita imzalayıb. Eyni zamanda iki ölkənin maliyyə qurumu arasında maliyyə monitorinqi və terrorçuluğun maliyyələşdirilməsindən əldə edilən gəlirin leqallaşdırılmasına müqavimət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.