FETÖ soruşdurması üzrə axtarışa verilən əski admirallar - Gölcük Deniz Ana Üs Komandanı Hayrettin İmren və Güney Grup Görevi Komandanı Nazmi Ekici Yunanistana qaçış hazırlığı zamanı İstanbulda yaxalanıb.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, FETÖ soruşdurmaları gedişində qaçmaq üzrə olan admiralların az öncə izinə düşülüb. Belə ki, Tuzla İlçə Əmniyət Müdirliyinə Bəylərbəyi Deniz Təhsil ve Öyrətim Komandanlığıın zabiti Kamil Altının qızının kirayələdiyi evə bəzi kişilərin girib- çıxdığı barədə xəbər daxil olub. Evin ətrafında əməliyyat düzənləyən ekiplər çevriliş olaylarının ardından axtarışa verilmiş admirallar Hayrettin İmren və Nazmi Ekicinin burada gizləndiyini təsbit edib. Onlarla bərabər Albay Kamil Altın və onun qızı da gözaltına alınıb. Onların Yunanistana qaçmaq üçün hazırlıq gördüyü bəlli olub.
Şübhəlilər ətrafında əməliyyat davam edir.