İraqın İran dəstəkli şiə qrupu “Hareketü'n Nüceba” Suriyanın Hələb şəhərinə yeni hərbi qüvvə göndərib. Baki-xeber.com xəbər verir ki, qrup Hələbdəki qarşıdurmaların artmasına görə, bölgəyə min silahlı göndərib.
Şiə qrupun sözçüsü Haşim əl Musəvi şiə silahlıların Hələbin cənubunda müxaliflərdən alınan bölgələrə göndərildiyini bildirib.
İraqdan gələn silahlı qrupa İran İnqilab Keşikçilərinin əsas adamlarından olan Qasim Süleymaninin rəhbərlik etdiyi bildirilir. Qasim Süleymaninin Hələb cəbhəsindəki şəkilləridə yayılıb. Məlumatlara görə, İran bölgədə müxaliflərə qarşı geniş hərbi əməliyyatlara hazırlaşır.
İran və dəstəklədiyi qruplar Hələbdə müxaliflərin müqavimətini qırmaq və Əsədə dəstək vermək üçün əlavə qüvvə göndərdiyi bir vaxtda, müxaliflərin də yeni hücum hazırlığına başladığı bildirilir. Mənbələr bütün müxalif qrupların rejimin Ramusedəki mövqelərinə yeni bir hücum hazırlığında olduğunu bildiriblər.
Bu bölgə ötən həftə bir tərəfdən Rusiya təyyarələri digər tərəfdən də şiə silahlıların hücumuna məruz qalmışdı.