Alman Federal Məclisində maraqlı hadisə yaşanıb. Baki-xeber.com xəbər verir ki, məclis sədri Norbert Lammert islas zamanı yüksək səslə danışan baş nazir Angela Merkeli cəzalandırıb.
Baş nazirin yüksək səslə söhbət etməsinə müdaxilə edən məclis sədri Norbert Lammert Merkelə xəbərdarlıq edib və həmin vaxt kürsüdə çıxış edən başqa bir deputata hörmətsizlik etdiyini deyib.
Sonra isə Lammert baş naziri cəzalandıraraq parlamentin arxa sıralarına göndərib. Merkel isə bu cəzanı gülümsəyərək qarşılayıb və məclis üzvlərinin alqışları ilə keçib arxa sırada oturub.