Qırğızıstan paytaxtı Bişkekdə beynəlxalq terrorçu qruplaşmanın üzvü, 27 yaşlı Şamo Məmmədov saxlanıb.
Baki-xeber.com-un bu ölkənin sputnik.kg saytına istinadən xəbərinə görə, terrorçu Bişkekə Qazaxıstandan gəlib. Qazaxıstan xüsusi xidməti müəyyən edib ki, o bu ölkəyə İŞİD tərəfindən göndərilib və burada “gözləmə mövqeyində” olub. Terrorçu həm də Qazaxıstanda olduğu müddətdə Suriya ərazisinə döyüşçüləringöndərilməsilə məşğul olub.
Saxlanan barəsində cinayət işi açılıb və o, gözaltına alınıb.
Xatırladaq ki, bundan öncə 26 avqust tarixində xüsusi xidmət əməkdaşları Bişkek yaxınlığında daha bir terrorçunu silahlı müqavimət göstərdiyinə görə məhv etmişdi. Onun üzərində odlu silah və əldədüzəlmə partlayıcı qurğu aşkarlanmışdı.