İranın paytaxtı Tehranda metro tunelinin inşaat ərazisində çökmənin baş verməsi nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, daha bir nəfərin taleyindən xəbər yoxdur. Xəbərdə o da bildirilir ki, qəzanın baş verdiyi hissə metronun fəaliyyətdə olmayan sahəsinə aiddir.
Qeyd edək ki, Tehran metrosu 5 xətdən ibarət olub, ümumi xətlərin uzunluğu 180 kilometr təşkil edir. 2018-ci ilə kimi daha iki xəttin tikintisi planlaşdırılır.