Cümə günü, 27 noyabr 2026
     

Al­tay Hə­sə­nov gim­nastla­rı­mı­zın I Av­ro­pa Oyun­la­rın­da mə­ruz qal­dıq­la­rı ha­kim qə­rəz­lə­ri­nin üs­tü­nü aç­dı

Image


Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov birinci Avropa Oyunlarının yekunları və gimnastlarımızın çıxışları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Trend A.Həsənovla müsahibəni təqdim edir.

- Altay müəllim, əvvəla Sizi dövlətimizin başçısının Sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Siz bu dövlət mükafatına birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinizə görə layiq görülmüsünüz.

Doğrudan da Azərbaycan gimnastları birinci Avropa Oyunlarında uğurla çıxış etdilər. Siz müsahibələrinizin birində demişdiniz ki, hakimlər Azərbaycan gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin buna baxmayaraq, gimnastlarımız ümumilikdə 7 medal qazana bildilər. Onların bu uğurunu necə dəyərləndirirsiniz?

- Təbrikə və suala görə çox sağ olun. Tarixdə ilk Avropa Oyunları həqiqətən çox möhtəşəm keçdi. Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər.

Siz artıq qeyd etdiniz ki, gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Kədərli anlar də yaşadıq, sevincli anlar da. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq.

Azərbaycan dövləti idmanın bütün növlərinin, o cümlədən gimnastikanın inkişafına xüsusi diqqət göstərir. Rəqiblərimizlə çox güclü rəqabət aparırıq. Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq. Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbəri qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim.

Təbii ki, idmançılarımız müəyyən qədər ruhdan düşmüşdülər və ikinci çıxışda yaxşı nəticə göstərə bilmədilər. Ona görə də biz bunu nəzərə alaraq diqqəti fərdi yarışlara yönəltdik və gimnastımız Marina Durunda ilə ciddi hazırlığa başladıq. Onun hazırlığı da yaxşı keçdi. Ədalətsizlik Marinaya da psixoloji cəhətdən təsirini göstərmişdi. Amma biz psixoloji gərginliyi aradan qaldırmağa nail ola bildik. O, azarkeşlərimizin də fəal dəstəyi ilə uğurla çıxış etdi və gümüş mükafat qazandı.

Hər bir idman son nəticəyə əsaslanır. Xüsusən bədii gimnastikada yaxşı nəticə əldə etmək üçün illərlə vaxt lazım gəlir. Artıq biz bu səviyyəyə gəlib çatmışıq. Son bir ildir ki, Azərbaycanda idman gimnastikası sürətlə inkişaf edir. Həmçinin batut gimnastikasını, akrobatika və aerobikanı da yenidən dirçəltməyə başlamışıq və nəticələr özünü çox gözlətmədi. Biz ilk Avropa Oyunlarında idman gimnastikası üzrə 5, batutda 1 medal qazandıq. Mən deyərdim ki, bu, böyük uğurdur və gimnastlarımızın çıxışlarını müsbət qiymətləndiririk.

- Sözsüz ki, gimnastlarımızın son illərdə, xüsusən də birinci Avropa Oyunlarında qazandıqları uğurların əsasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır. Ən müasir standartlara cavab verən Milli Gimnastika Arenasında yaradılan şəraitə xarici atletlər də heyran qalırlar. Ölkəmizdə, xüsusən bölgələrdə gimnastikanın inkişafı istiqamətində daha hansı addımlar atılır?

- Həqiqətən də ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ilin payızında birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra başladı. Təbii ki, bu inkişaf birdən-birə baş vermədi. Nailiyyətlərimiz tədricən artmağa başladı. Təcrübə topladıq, idmançılar yetişdirdik. Əvvəlcə xaricdən məşqçilər dəvət etdik, sonra isə öz məşqçilərimiz yetişdi. Dövlətimizin başçısının qərarı ilə Milli Gimnastika Arenası inşa edilərək 2014-cü ildə istifadəyə verildi. Bu mükəmməl idman qurğusunun Avropada bənzəri yoxdur. Təbii ki, bu diqqət və qayğıya biz yüksək nəticələrlə cavab verməli idik. Məhz gərgin fəaliyyət, ardıcıl məşqlər sayəsində gimnastlarımız birinci Avropa Oyunlarında uğurla çıxış etdilər.

Azərbaycan dövlətinin qayğısı özünü bir də onda göstərir ki, bölgələrdə müasir idman kompleksləri tikilib. Biz artıq bir neçə bölgədə - Sumqayıt, Şabran, Kürdəmir, Gəncə, İsmayıllı, Qusar və digər rayon və şəhərlərdə idman dərnəkləri açmışıq. Hazırda idmanın bu sahəsinə böyük maraq və axın var. Biz də öz növbəmizdə gənc idmançılar üçün lazımi şərait, müvafiq infrastruktur yaradırıq. Prezident İlham Əliyev bölgələrdə idmanın, o cümlədən gimnastikanın inkişafı ilə bağlı lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Azərbaycan Gimnastika Federasiyası da bu işdə fəal iştirak edir. Federasiya bölgələrə həm məşqçilər göndərir, həm də regionda yetişən gənc idmançıların ölkə çempionatlarında iştirakına, beynəlxalq arenaya çıxmalarına şərait yaradır.

- Qarşıdan "Rio-2016” Olimpiya Oyunları gəlir. Bu mötəbər yarışdan gözləntiləriniz nədir, Olimpiadaya hazırlıq necə gedir?

- Birinci Avropa Oyunları başa çatdıqdan sonra təbii ki, idmançılarımıza bir az istirahət lazım idi. Amma gimnastlarımızın istirahəti qısamüddətli oldu. Çünki bizi payızda lisenziya xarakterli dünya çempionatları gözləyir. Həm bədii gimnastika, həm batut, həm də idman gimnastikası üzrə yarışlarda biz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmalıyıq. Ona görə də əsas işlərimiz hələ irəlidədir. Bilirik ki, çox çətin olacaq. Çünki Avropa Oyunlarından sonra rəqabət daha da artıb. Rəqiblərimiz gimnastlarımızın gücünü gördülər. Ona görə də qarşıdakı yarışlara daha ciddi hazırlaşacaqlar. Əvvəlcə lisenziyadan, daha sonra Olimpiya Oyunlarındakı məqsədlərimizdən danışa bilərik.

- Birinci Avropa Oyunları Azərbaycanın təbliğində mühüm rol oynadı. Sizcə, "Bakı-2015” ölkəmizdə idmanın, o cümlədən gimnastikanın gələcək inkişafına necə təsir göstərəcək?

- "Bakı-2015” birinci Avropa Oyunları Azərbaycanın təbliği üçün misilsiz vasitə oldu. Çünki mənim aləmimdə bundan daha yaxşı təbliğat imkanı ola bilməzdi. Ayrı-ayrılıqda çoxlu sayda müxtəlif tədbirlər - konfranslar, seminarlar, simpoziumlar, müxtəlif ölkələrdə təqdimatlar keçirməklə ölkəmizi təbliğ etmək olar. Yarışların keçirildiyi 17 gün ərzində müxtəlif ölkələrdən Azərbaycana çoxlu idmançılar və qonaqlar gəldilər. Onların buradan razı qayıtmasından, gördüklərini öz ölkələrində danışmalarından daha güclü təbliğat ola bilərmi? Bundan başqa, televiziyada, mediada Azərbaycanla, Oyunlarla bağlı saysız-hesabsız proqramlar, məqalələr də ölkəmizin təbliği və dünyada tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, Oyunlar ölkəmizdə idmanın, o cümlədən gimnastikanın inkişafına da güclü stimul olacaq. Qeyd etdiyim kimi, Mehriban Əliyeva Federasiyanın rəhbəri olandan sonra əsaslı struktur dəyişiklikləri baş verib, xüsusən də bədii gimnastikada. İndi bizim kifayət qədər səriştəsi olan yerli məşqçilərimiz yetişib. Biz bədii gimnastikada öz məktəbimizi yaratmışıq. Bu, böyük nailiyyətdir.

London Olimpiadasından sonra Federasiya prezidentinin tapşırığı ilə idman gimnastikasına da diqqəti artırdıq. Bunun nəticəsini indi görürük. Məqsədimiz bu sahədə də öz məktəbimizi yaratmaqdır. İnanıram ki, qazandığımız nəticələr, əldə etdiyimiz təcrübə gimnastikanın digər növlərinin inkişafına da öz müsbət təsirini göstərəcək.

Bu sahəyə gənclər, yeniyetmələr həvəslə gəlirlər, hamısı da çempion olmaq istəyir. Bölmələrimizdə gimnastika ilə məşğul olmaq istəyənlərin hamısına yer çatışmır. İdmançılarımızın püxtələşməsi, təcrübə qazanması üçün onlar Federasiyamız və müvafiq nazirlik tərəfindən çoxsaylı turnirlərə göndərilir. Gənc gimnastlarımızın uğurları hələ qabaqdadır.

- Bildiyiniz kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı idi. Agentliyimiz bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdı. "Bakı-2015”in təbliğində, hazırlıq işlərinin və yarışların işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini necə qiymətləndirərdiniz?

- AZƏRTAC həqiqətən çox yüksək səviyyəli təbliğat apardı, Oyunları operativ şəkildə işıqlandırdı. Ümumilikdə Azərbaycan mediası son illər çox dəyişib, püxtələşib. Bu baxımdan agentliyiniz xüsusilə fərqlənir. AZƏRTAC həmişə medianın ön cərgələrində olub, aparıcı rol oynayıb. Xüsusən Oyunların işıqlandırılmasında onun yüksək peşəkarlığının şahidi olduq. Çox sağ olun ki, bu mühüm və məsul vəzifənin öhdəsindən bacarıqla gəldiniz. Buna görə AZƏRTAC-a xüsusi minnətdarlığımı bildirmək istərdim.

- Altay müəllim, maraqlı söhbətə görə təşəkkür edir, gimnastlarımıza gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

- Çox sağ olun.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ