Kiyevin meri Vitali Kliçko Bakıda keçirilən birinci Avropa Oyunlarının gümüş mükafatçısı, yunan-Roma güləşçisi Jan Belenyukun yeni mənzillə təmin olunmasına kömək etmək əvəzinə idmançıya onunla şelfi çəkdirməyi təklif edib.
İdmançı bu barədə öz İnstagram səhifəsində yazıb.
J.Belenyuk Kiyevin meri ilə fotoşəklinin altında bu sözləri yazıb: "Yaraşıqlı merimiz ilə. O, mənzil əvəzinə mənə selfi çəkdirməyi təklif etdi. Sözsüz ki, razılaşdım".