Cümə günü, 27 noyabr 2026
     

Avropanın başına düşən NAR: Bakı 2015-i niyə daşladılar?

Image


Baron Pyer de Kubertendən başlanan yolun yeni səhifəsi Bakıda açıldı

Elə bilirsiz Bakıda Yay Olimpiya Oyunları keçirilsəydi onun əleyhinə yazılar sıralanmayacaqdı? Sıralanacaqdı. Elə bilirsiz sabah Azərbaycanda futbol üzrə Dünya Çempionatı keçirilərsə onun əleyhinə çıxış edənlər tapılmayacaq? Tapılacaq! Elə bilirsiz Baron Pyer de Kuberten əntiq dövrün qalıqlarından ruhlanıb müasir dövrün Olimpiya Hərəkatının əsasını qoyarkən daş-qalaq olunmayıb? Olunub!
Elə bilirsiz onun bu təşəbbüsü 1894-cü ildə Sarbonda keçirilmiş Konqresdə rəsmən dəstəklənəndən sonra hamı Olimpiya sevdalısına çevrilib? Çevrilməyib! Elə bilirsiz 1896-cı ildə Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarından sonra bu idman yarışlarına ev sahibliyi etmək üçün ölkələr növbəyə düzülüb? Düzülməyib! Elə bilirsiz.. Elə bilirsiz... Xeyr, bu hərəkatı ölkələrin qəbul etməsi asan başa gəlməyib. İndi bütün dünyanı öz bayrağı altında birləşdirən Olimpiya Hərəkatının ayaqda durması və təşəkkül tapması olduqca mürəkkəb tarixi prosesin nəticəsidir. Hətta 1900-cü ildə Parisdə, 1904-cü ildə Sent-Luisdə təşkil olunmuş Olimpiya Oyunlarına marağın katastrofik dərəcədə az olması bu oyunların gələcək taleyini sual altına qoydu. Yalnız 1912-ci ildə Stokholmda keçirilmiş Olimpiya Oyunlarına incəsənət nümunələrinin sərgisini əlavə etməklə bu yarışlara dünyanın diqqətini cəlb etmək mümkün oldu...
***
Ümumiyyətlə, bütün dövrlərdə və bütün cəmiyyətlərdə ilk nümunələr bədxahların "süngüsü" ilə qarşılaşıb. İstər idmanda olsun, istərsə də digər sahələrdə, ilklərə heç vaxt kütləvi şəkildə qucaq açılmayıb. İnsanlar ilk nümunələri yaradanları dar ağacına qədər aparıb, ağlasığmaz işgənclərə əl atıb, ən yaxşı halda isə təhqir edib, onları cəmiyyətdən təcrid ediblər. İndi adamlar xaç çevirir, ata, oğul və müqəddəs ruhun adına dualar oxuyurlar, amma tarixin dərinliklərində İsa Məsihi məsxərəyə qoyub gülüblər, onu başdanxarab adlandırıb, özlərinə yaxın buraxmayıblar... İndi adamlar namaz qılır, oruc tutur, yeri-göyü xəlq edən Allaha ibadət edirlər, amma tarixin dərinlikərində Məhəmməd Peyğəmbərə(s), onun təbliğ etdiyi sonuncu kitaba - Qurana qarşı müharibə elan edib, qətliamlar törədiblər. İndi dahi Üzeyir bəy Hacəbəyov Azərbaycan klassik musiqisinin banisi hesab olunur, amma o, Şərqin ilk operasını - "Leyli və Məcnun"u yazanda yaramaz və başıboş adamların qınağına tuş gəlirdi, haqqında təhqir dolu məqalələr dərc etdirir, üstünə ağlı topuğunda olan qoçuları göndərirdilər. Amma baxın, "Leyli və Məcnun" bu gün də səhnədədir və hər bir tamaşası anşlaqla keçir. Beləcə çox misallar göstərə bilərik ki, ilklərin, ilk təşəbbüslərin cəmiyyət tərəfindən əvvəlcə sərt reaksiyalarla qarşılaşdığını xatırlatmış olaq. Təəssüf doğuran hal odur ki, məsələn, Cordano Brunonu "tərs və dəyişməz kafir" kimi yandırmış ibtidai təfəkkürün daşıyıcıları günümüzdə də var və onlar hələ də ilk nümunələrə belə primitiv tərzdə yanaşırlar. Bu adamları dəyişmək mümkün deyil. Zevs də Olimp dağlarından aşağı düşsə, yenə heç bir dəyişiklik baş verməyəcək...
***
"Bakı-2015" - I Avropa Oyunlarına qarşı bəzilərinin apardığı kampaniyada da əslində təəccüblü heç nə yoxdur. Diletantların "Nəyə lazım idi" kimi sualları həmişə olub və bu suallar məsələnin mahiyyətinə varmaq istəməyənlərin ilk təşəbbüslərə müəlliflik edənlərə münasibətindən - qərəz və paxıllıq elementlərinin doğurduğu hikkədən irəli gəlib. Əslində "Niyə məhz o?", "Niyə məhz onlar?" demək istəyirlər...
"Olimpiya Oyunları varkən Avropa Oyunlarına ehtiyac yoxdur". Bu tezis Avropa Oyunlarına qarşı yönəlmiş yazılarda ana xətt kimi keçir. Bu məntiqlə gərək bu gün idmanın ayrı-ayrı növləri üzrə dünya çempionatları keçirilməyəydi. Lütfən, I Avropa Oyunlarının qəsdinə duranlardan kimsə qabağa durub cavab versin: Olimpiya Oyunları varkən dünya çempionatlarının keçirilməsi hansı zərurətdən irəli gəlib? Dünya çempionatları varkən Dünya kuboku yarışlarına nə ehtiyac var? Dünya çempionatları varkən Avropa çempionatları keçirməyin mənası nədir? Avropa Çempionatı varkən müxtəlif beynəlxalq turnirlər niyə keçirilir? Yaxud futbol üzrə bir vaxtlar Kuboklar Kuboku yarışları keçirildiyi halda, klubları UEFA Kuboku uğrunda yarışlara niyə cəlb edirdilər? Götürək bizim hamımızın maraqla izlədiyi Çempionlar Liqasını. Bu varkən Avroliqa artıq görünürmü?.. Bax, dünya çempionatları varkən Avropa çempionatlarının keçirilməsi hansı zərurətdən irəli gəlibsə, Olimpiya Oyunları varkən Avropa Oyunlarının keçirilməsi də məhz həmin zərurətdən doğub. Vaxt gələcək, bu oyunlar Avropa qitəsinin Olimpiya oyunları kimi möhkəmlənəcək və bu yarışlara ev sahibliyi etmək üçün ölkələr bir-birilə mübarizəyə qalxacaq. Bakı bunun üçün çox yaxşı ənənələr yaratdı, bütün ölkələrin yararlanacağı nümunələr ortaya qoyub, ən yüksək Olimpiya standartları tətbiq etdi. Azərbaycan bununla sübut etdi ki, Olimpiya Oyunlarını da eyni uğurla keçirə bilər.
***
I Avropa Oyunları bizə heç vaxt yaşamadığımız hissləri yaşatdı. Sevinirəm ki, övladlarımın ilk dəfə azarkeş kimi iştirak etdiyi böyük idman yarışı məhz I Avropa Oyunları oldu. Bakı-2015 onların yaddaşından heç vaxt silinməyəcək. Çünki ilk dəfə məhz bu yarışlarda "Azərbaycan! Azərbaycan!" deyib idmançılarımızı qələbəyə səslədilər. İlk dəfə məhz bu yarışlarda onlarda vətən sevgisini duydum. Bu sevgi idmançılarımızın uğursuz çıxışı zamanı onların gözündən gilə-gilə süzülürdü... Onlar bayrağımıza bürünüb Himni oxuduqları zaman bu sevginin səsini eşidirdim... Bu sevgi onları qələbə arzusu ilə hər gün evdən çıxarıb idman arenalarına aparırdı. Bu sevgiylə onlar hər gecə medallarımızı saydılar və "Ata, Almaniya bizə çatır...", "Ata, ingilislər bizə yaxınlaşır.." kimi həyəcan dolu xəbərlərlə üstümə qaçdılar... İnanıram ki, Azərbaycan adına sevinən bütün ailələrdə eyni ab-hava hökm sürüb. Bu sevinci, bu qürur hissini bizə bəxş etmiş insanların hər birinə sonsuz təşəkkürlər!
Nicat Dağlar
P.S. Bakı Avropanın başına NAR atdı və bu nar dünyaya yeniliklər bəxş etmiş alma kimi tarixə düşəcək. Bu nar Avropanın idman tarixinin yeni mərhələsini açacaq...






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ