Cümə günü, 27 noyabr 2026
     

Böyük Britaniyanın keçmiş enerji naziri: "Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib"

Image


Böyük Britaniyanın "Politics First” jurnalının iyul buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri "Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır” adlı məqalə ilə çıxış edib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Müəllif yazır: "Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Bakıya dəfələrlə səfərlərim olub. Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğunu və bu ölkənin "Cənub Qaz Dəhlizi"nin yaradılmasında mərkəzi yer tutduğunu nəzərə alsaq, deyə bilərəm ki, səfərlərimin əsas məqsədi daha çox işgüzar xarakter daşıyıb. 2020-ci ildən etibarən bu layihə çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən qaz İtaliyada bağlayıcı vasitəsilə Avropaya nəql ediləcək, bununla da Avropanın təchiz olunmasında müxtəliflik yaradılacaq".

Ç.Hendri qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə edən Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib: "Bu ölkə Avropa Şurasına üzv olub, həmçinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına qoşulub. Bundan əlavə, o, öz sülhməramlı qüvvələrini Kosovo, İraq və Əfqanıstana da göndərib. Bütün bu səbəbləri nəzərə alaraq deyə bilərik ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ilk Avropa Oyunlarının 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilməsi barədə qərar verməyi təəccüb doğurmadı. Azərbaycan bu vəzifənin öhdəsindən gəlməyə bilməzdi. Onun bu Oyunları keçirmək üçün zəruri olan bütün stadionları, arenaları, zəruri idman qurğularını inşa etmək və infrastruktur yaratmaq üçün cəmi iki il yarım vaxtı var idi. Halbuki bu cür inşaat proqramlarının həyata keçirilməsi adətən 7 il vaxt tələb edir.

Burada təşkilati məsələlər əsas oldu. Belə ki, bütün dünyadan, xüsusilə də Böyük Britaniyadan təcrübəli mütəxəssisləri dəvət etmək qərarı verildi. Bu təşəbbüs London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleq tərəfindən irəli sürülmüşdü. O, Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) rəhbərlik edirdi. Bu komitənin Oyunların lazımi səviyyədə keçirilməsi üçün hər şeyin təmin edilməsi kimi mühüm vəzifəsi vardı. Və o, buna möhtəşəm şəkildə nail oldu! Son iki il yarım ərzində mən şəxsən Oyunlara hazırlıq işlərinin şahidi oldum. Şəhərdə keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 000 şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Bura yeni tikilmiş gimnastika, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə, 68 000 tamaşaçı tutumu olan və atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir. Heydər Əliyev Beynəlxalq Hava Limanının britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş yeni terminalı isə idmançıların ölkəyə gəlişinin rahatlığını və operativliyini təmin etdi".

O yazır ki, 50 ölkədən gəlmiş 6000-dən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb: "Onlardan 16 idman növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edildi. Onlar tam yeni inşa edilmiş idmançılar kəndində yerləşdirilmiş, burada 1042 mənzil, və 800 ton həcmində ərzaqla təmin edilmişdilər. Bu ərzaq və yeməklər ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilmiş və Avropada ən böyük mətbəxlərdən gətirilmişdi. Bununla hamı razılaşır ki, bura idmançılar üçün nə vaxtsa təmin edilən yaşayış yerlərindən ən yaxşısı oldu. Bakı-2015 üçün Bakı Olimpiya Stadionunda həyata keçirilən açılış mərasimi ən yüksək səviyyədə təşkil edilmişdi. Biz digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Burada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng bir nar və içindən çıxan "dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü şəkilləri və Con Lennonun "İmagine” mahnısını ifa edən Ledi Qaqa var idi. Son olaraq məşəli cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan və işğal olunmuş ərazilər arasındakı təmas xəttində xidmət edərkən erməni snayperi tərəfindən vurulub gözdən əlil olan İlham Zəkiyev daşıdı".

Ç.Hendri vurğulayıb ki, açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi: "Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bak bildirdi: "Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Burada Serbiya və Kosovo komandaları və erməni idmançıları yarışı keçirən azərbaycanlılarla yanaşı bu Oyunlarda yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şeydir”.

Getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığını və xoş təəsürat eşitdim. Böyük Britaniya və Qərb mediasında verilən bəzi şərhlər çox yanlış oldu. Bu Oyunların keçirilməsi Azərbaycan üçün özünü beynəlxalq səhnədə göstərmək, son 20 il ərzində əldə etdiyi qeyri-adi dəyişiklikləri, bu gün dinamik, maraqlı və qonaqpərvər ölkə olduğunu nümayiş etdirmək üçün bir fürsət idi. Heç kəs demir ki, səyahət artıq başa çatdı və bu ölkə, əlbəttə ki, davamlı olaraq dəyişməkdədir. Oyunlar köhnə və yeni rəqibləri açıq və dürüst şəkildə yarışmaq üçün bir araya gətirdi və Azərbaycan bu cür möhtəşəm idman tədbirini həyata keçirdiyinə görə böyük etibara layiqdir. Azərbaycan çox nikbin ölkədir və beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ