Cümə günü, 27 noyabr 2026
     

Dünya mediası və diplomatlar Avropa Oyunlarında Azərbaycanın əsas hədəflərinin qızğın təhlilinə başlayıb

Image


Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Trend-in məlumatına görə, Franspress agentliyi ötən gecə baş tutan bağlanış mərasimi ilə bağlı bu cür başlıqlı məqalə yazıb.

"Rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi" - deyə agentliyin məqaləsində vurğulanır. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini qeyd edib.

Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib. "Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktura və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi”.


"Rossiya24” kanalı: "Tezliklə dünya Bakının təqdimatında "Formula 1” və Futbol yarışlarını izləyəcək"

"Rossiya24” televiziyası İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb. Yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanır. Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd olunur. Bağlanış mərasiminə də toxunan müxbir Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır.

Bildirilir ki, bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub: "Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır. Amma tezliklə dünya Bakının təqdimatında "Formula 1” və Futbol yarışlarını izləyəcək".


Fransa mediası: "Olimpiya Oyunlarının ideal surəti”

"Olimpiya Oyunlarının ideal surəti”. Fransanın ladepeche.fr saytı paytaxtımızda keçirilmiş Birinci Avropa Oyunlarını belə xarakterizə edib. Sayt yazır ki, Bakı bu oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi: "Təşkilatçılıq çox gözəl idi. Bakı iki il yarım ərsində 66 minlik olimpiya stadionu tikməklə böyük şücaət göstərib. Medallarda da olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt çəkilmişdi”.

Saytda dərc olunmuş məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də Bakıda keçirilmiş oyunlarla bağlı fikirləri yer alıb. O da oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.

Məqalədə həmçinin qeyd olunub ki, hələlik 2024-cü Olimpiya Oyunlarına ev sahibliyi məsələsi qaranlıq olsa da, Azərbaycan 2016-cı ildə Formula 1 yarışları, 2017-ci ildə İslam Oyunları və 2020-ci futbol üzrə Avropa Çempionatının Oyunlarına ev sahibliyi edəcək.


İspaniya mətbuatı Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb

İspaniya mətbuatı da Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb. Bu ölkənin produccion.notitarde.com saytı mərasimdə aktyorların çıxışlarını yüksək qiymətləndirib, incəsənət adamlarının səhnə göstərilərini "çox təsirli” adlandırıb.

Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib. Sayt Azərbaycanın bu tipli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyini vurğulayıb: "Son məqsəd Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir”.

Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə də toxunulub və onun qələbəsini Milli Ordu Günü prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub.

Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkəylə danışıqların aparıldığı haqqında da məlumat verilib.


Türkiyə mediası: "Avropa Oyunlarına möhtəşəm mərasimlə yekun vuruldu”

Türkiyənin əksər kütləvi informasiya vasitələri Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı reportajları "Avropa Oyunlarına möhtəşəm mərasimlə yekun vuruldu” başlığı ilə yayımlayıblar. Reportajlarda mərasim ən xırda detallarına qədər şərh olunub.

Türkiyənin Anadolu Agentliyi yazır ki, mərasimə dəvət olunmuş musiqi qrupu Clean Bandit, pop ulduzu John Newman və DJ Gareth Emery tamaşaçıların böyük alqışını qazanıb: "6 min insanın çalışdığı bağlanış mərasiminin rejissorluğunu məşhur amerikalı rejissor Ceyms Hedli öz üzərinə götürmüşdü. Mərasimdə 10 min fişəng, 2 mindən çox işıqlandırma cihazından istifadə edilib”.

Türkiyənin sondevir.com saytı isə diqqəti bağlanış mərasiminin fəxri qonaqlarına yönəldərək Bolqarıstan prezidenti Rosen Plevneliyev, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, müxtəlif ölkələrin parlamentlərinin başçıları, nazir səviyyəsindəki səlahiyyətlilər və olimpiada komitələri başçılarının fəxri qonaqlar sırasında olduqlarını qeyd edib.


Avropanın nüfuzlu idman mediası Avropa Oyunlarının bağlanış mərasimindən yazıb

Avropanın iri idman medialarından biri olan Sportsmax.tv saytı ötən gün baş tutan Birinci Avropa Oyunlarının bağlanış mərasimindən yazıb. Milli Olimpiya Stadionunda göz oxşayan mərasim keçirildiyini qeyd edən internet resurs tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayıb.

Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer alır: "Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.


Gürcüstan səfiri: "Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu”

"Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu”. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bağlanış mərasimini şərh edərkən deyib.

Diplomat bildirib ki, açılış mərasimi kimi bağlanış mərasimi də Olimpiadaya layiq tədbirlər oldu: "Azərbaycan bütün dünyaya sübut etdi ki, I Avropa Oyunları kimi böyük miqyaslı tədbiri nəinki qəbul etmək, həmçinin uğurla keçirə bilər. İdman arenaları, idman yarışlarının təşkili, açılış və bağlanış mərasimləri Azərbaycanın uğurları və idman nailiyyətlərini nümayiş etdirdi”.


Belarus səfiri: "Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi”

Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. Diplomat bildirib: "Biz təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq. Nəhayət Avropanın öz idman Oyunları var və bu tədbiri Azərbaycan təşkil etdi”.

N.Patskeviç qeyd edib ki, Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub: "Parlaq şou və möhtəşəm təşkilat – Azərbaycanın dinamik inkişafının daha bir sübutudur. Əsl idman dostluq, mehribanlıq və qarşılıqlı anlayış ideallarının dünyasında təsdiq amillərindən biridir. Məhz buna görə I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı bütün bu yüksək idealları öz qəlbində daşıyır”.

Diplomatın sözlərinə görə, "Bakı 2015” I Avropa Oyunları növbəti Oyunların ev sahibləri üçün yüksək planka müəyyənləşdirib.

O həmçinin əlavə edib ki, idman tədbirinin yüksək statusunu açılış mərasimində 50 Avropa ölkəsinin yüksək vəzifəli nümayəndələrinin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməsi sübut edir.


Qazaxıstan səfiri: "I Avropa Oyunları dünya idmanı salnaməsində həmişəlik qalacaq”

I Avropa Oyunları dünya idmanı salnaməsində həmişəlik qalacaq. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin Oyunların başa çatması ilə bağlı təbrikində deyilir. Səfir Oyunların uğurla keçirilməsi münasibətilə başda birinci xanım Mehriban Əliyeva olmaqla Təşkilat Komitəsini, eləcə də qardaş Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: "Komanda hesabında ikinci yer tutan Azərbaycan bütün dünyaya təkcə iqtisadiyyatın deyil, həm də idman və bədən tərbiyəsinin yüksək inkişaf səviyyəsini növbəti dəfə nümayiş etdirdi".

Məktubda əminlik ifadə edilir ki, Azərbaycan qarşıdakı iri idman tədbirlərini I Avropa Oyunları kimi yüksək səviyyədə keçirəcək.

Macarıstanlı nazir: "Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi”

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Bunu Macarıstanın insan resursları məsələləri üzrə naziri Zoltan Baloq deyib. Nazir bildirib ki, Avropa Oyunları mənim üçün Azərbaycanı ziyarət etmək baxımından gözəl fürsət oldu: "Azərbaycana çoxdan gəlmək istəyirdim".

O bildirib ki, azərbaycanlılarla macarları birləşdirən cəhətlərdən biri də odur ki, hər iki millətin nümayəndələri idmanı çox sevirlər: "Azərbaycanın Oyunlara necə hazırlaşması məni çox heyrətləndirdi. Nəqliyyat, infrastruktur, arena, hər şey ən yüksək səviyyədə hazırlanıb".

Z.Baloq qeyd edib ki, Azərbaycana səfəri zamanı gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirib: "Biz iki ölkənin əlaqələrinin möhkəmləndirilməsi imkanlarını, yeni layihələri müzakirə etdik. Macarıstan bu il 200 azərbaycanlı tələbəyə təqaüd verəcək. Son 3 ildə iki ölkə arasında bütün sahələrdə əlaqələr tamamilə yeni mərhələyə qədəm qoyub".

Macarıstanın "Wizz Air" aviaşirkətinin Azərbaycanda fəaliyyətinin bərpa edilməsi imkanını şərh edən nazir qeyd edib ki, Macarıstan Azərbaycanda aviaşirkətlərin təyyarələrinin uçuşunun bərpasını dəstəkləyir: "Bizə Bakı və Macarıstan arasında birbaşa reyslər lazımdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Onların başa çatacağına ümid edirəm".


Rusiya səfiri: "I Avropa Oyunları yüksək səviyyədə keçdi”

I Avropa Oyunları yüksək səviyyədə keçdi. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Onun sözlərinə görə, rusiyalı idmançıların Bakıda uğurları gözləntiləri üstələdi: "Əlbəttə, əmin idik ki, Rusiya komandası medalların sayına görə birinci olacaq. Lakin bu qədər fərqin olacağını gözləmirdik".

V.Doroxin qeyd edib ki, uğurun səbəbi Rusiyanın Oyunlara ciddi münasibətidir: "Yarışların təşkilatçısı olan Azərbaycana hörmətə görə Rusiya bura aşağı səviyyəli idmançıları göndərə bilməzdi. Təbii ki, azərbaycanlı azarkeşlərin səmimi dəstəyi də öz sözünü dedi. Onlara böyük təşəkkür düşür. Hər şey çox yüksək səviyyədə idi".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ