Cümə günü, 27 noyabr 2026
     

Qərbin qarayaxma texnologiyası necə ifşa olundu?

Image


"İdman siyasətdən kənardır”. Böyük Oimpiya Oyunlarının bu devizi Qərbin demokratiyanı iki dişinin arasına alıb çeynədiyi vaxtdan etibarən idman tarixindən silindi. Bu, Qərbə daha çox sərf edir, çünki bu gün qərbli texnoloqlar "idman siyasət üçün əla vasitədir” devizini müdafiə edirlər. Artıq dünyaya yad olmayan bir tendensiya yaranıb: Beynəlxalq idman yarışları, ümumiyyətlə beynəlxalq tədbirlərin keçirildiyi ölkələr bir qayda olaraq kənar təzyiqlərə məruz qalır. Təsəvvür edin, bir ölkə Olimpaida, yaxud bu səviyyədə bir idman yarışlarını təşkil edir və bu zaman ona qarşı təzyiqlər başlanır, xoşagəlməz addımlar atılır. İlk baxışdan bu paradoksdur. Lakin söhbət neoimperalizmi nəzəriyyədən praktikaya keçirmək istəyən Qərbin bəzi dairələrinin məqsədlərindən gedirsə, onlar üçün hədəfə aparan bütün yollar məqbuldur. Bir qayda olaraq, beynəlxalq tədbirlər, yaxud idman yarışları zamanı dünyanın diqqəti ev sahibi olan ölkəyə çevrilir və bu ölkə haqda yayılan ən xırda informasiya belə havada qalmır. Belə məqamlarda Qərbin siyasi texnoloqları dəfələrlə təcrübədən çıxarılmış "siyasi mühəndlislik” metodunu işə salır. "Siyasi mühəndislik”: bu terminə politologiyada az-az hallarda rast gəlinir. Lakin praktiki siyasətdə bundan geniş istifadə olunmaqdadır.

Siyasi mühəndislik sosial mühəndislik terminindən törəməsidir. Sosial mühəndislik lazımi məlumatın əldə edilməsi üçün yalandan və manipulyasiyadan istifadə etməkdir. Sosial mühəndisliyə əsaslanan siyasi mühəndislik isə manipulyasiyalardan istifadə etməklə siyasətə dizayn verməkdir. Bunun praktiki tətbiqi diqqət çəkir:

- Beynəlxalq ictimaiyyətin diqqətinin yönəldiyi ölkənin ən zəif yerləri axtarılaraq tapılır, bu alınmasa, yeni "problemlər” kəşf olunur.

- İstehsal olunan problemlər həmin ölkədə təşkil olunan idman yarışı, yaxud hansısa irimiqyaslı tədbirlə əlaqələndirilir və problemin qaynağı kimi təqdim olunur.

- Transmilli media korparasiyalarında həmin ölkə haqda manipulyativ məlumatlar dövriyyəyə buraxılır və əsas xəbərlər sırasına salınır.

- Daha sonra yeni uydurma xəbərlər sosial şəbəkələrə peyda olur və müzakirəsi təşkil edilir.

- Nəticədə, hədəf seçilən ölkədə təşkil olunan yarış, yaxud tədbir ikinci plana keçir və dünya bu uydurma problemlərdən danışır. Siyasi texnologiyada buna "bumeranq effekti” də deyilir.

Beynəlxalq tədbirlərin keçirildiyi ölkələr üzərində bu metod asanlıqla həyata keçirilir. Neoimperalizmi qəbul etməyən, müstəqil siyasət yolunu seçən və buna görə hədəfdə olan ölkələrə təzyiq etməyin, onları gözdən salmağın ən sərfəli yolu beynəlxalq diqqətin bu ölkələrin üzərində olduğu məqamlardan, xüsusilə beynəlxalq idman yarışlarının keçirildiyi vaxtlardan istifadə etməkdir.

Qərin siyasi texnologiyasına görə, bu effektli təcrübədir. Bu təcrübənin nə vaxt "kəşf olunduğunu” bildikdə isə, təəccüblənəcəksiniz.

1908-ci il, London Olimpiya Oyunları: britaniyalılar "səhvən” ABŞ bayrağının yerinə Çin və Yaponiya bayraqlarını asırlar və bu ciddi etirazlara səbəb olur. İlk baxışdan, adi texniki səhvdir. Amma əslində, bununla Britaniya taxtı onun köləliyindən qaçaraq yeni torpaqlarda dövlət quran amerikalı anglosaksonlara "Sizi dövlət kimi qəbul etmirik” mesajını verirdi. O vaxtdan etibarən Olimpiya Oyunlarında siyasi amillərdən gen-bol istifadə olunmağa başladı. 1968-ci ildə isə Qərb hegomonluğunu sarsıdan daha bir hadisə baş verdi. Meksikada keçirilən Yay Olimpiya Oyunlarında ABŞ-ın qaçış üzrə ən güclü atletləri Tommi Smit və Con Karlos milli himn çalınan zaman başlarını aşağı salaraq, qara əlcək geydikləri yumruqlarını havaya qaldırdı. Bununla onlar ölkələrindəki rasizmə etiraz edirdilər. Düzdür, Amerikaya qayıdandan sonra sözün əsl mənasında onları "sındırdılar”: Amerika Smit və Karlos üçün əsl cəhənnəmə çevrildi. Amma istənilən halda, onların aksiyadından effekt gözlənildiyindən də böyük oldu. Mahz bu amillər daha sonra Qərbin siyasi texnologiyası üçün yeni praktiki metodologiyanın əsasını yaratdı. Dünya ictimaiyyətinin diqqəti hədəfdə olan ölkəyə yönələndə manipulyasiyalar işə düşür, bu diqqət ümumi mənzərədən yayındırılaraq, lazım olan istiqamətə yönəldilir.

2008-ci il Pekin Olimpiadası: Dünya bütün diqqətini Uzaq Şərqə yönəltmişdi. Lakin Qərbin bəzi mediası insan haqlarından tutmuş, koalaların sayının azalmasına qədər məsələlərdən danışır, ictimai diqqətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırdı.

2014-cü ildə futbol üzrə dünya çempionatı Braziliyada keçirilən zaman da Qərbin "siyasi maşını” işə düşdü. İnsanlar çempionata etiraz olaraq küçələrə axışdı. Lakin çempionat baş tutdu. Həmin il Qış Olimpiya Oyunları Soçidə təşkil olunanda isə Qərb mediası hansısa ictimai tualetdə təmizlik problemini tirajlayırdı.

Axı, "Hər şey sülh üçün” prinsipini irəli sürən Qərb sülhün rəmzi olan idmanı niyə bu qədər siyasətə bulaşdırır?! I Avropa Oyunları zamanı Azərbaycanla bağlı ortaya atılan iddialar və beynəlxalq diqqətin məqsədli şəkildə formalaşdırılması da bu texnologiyanın əyani sübutudur. Bütün dünya ictimaiyyəti diqqətini Bakıda atletlərin mübarizəsinə yönəltdiyi bir vaxtda Qərb texnoloqları "siyasi məhbus”, "insan haqları”, yaxud "maliyyə sərfiyyatı” kimi iddiaları ortaya atır, ictimai rəyi çaşdırmaqla Azərbaycana bu yöndən zərbə vurmaq istəyirdi. Avropa Oyunları öncəsi isə Bakıda küçə itələrinin öldürülməsi kimi manipulyativ informasiyanın yayılması da bu məqsədə xidmət edirdi. Yəni Azərbaycana qarşı qarayaxma kampaniyasını məhz bu tipli neqativ və manipulyasiya üzərində qurulan məlumatlar hesabına aparmağa cəhdlər edilirdi. Çünki Avropa Oyunları öncəsi, həmçinin, oyunlar zamanı dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlmişdi. Belə bir diqqət üzərindən manipulyasiya edən Qərbin bəzi dairələrinin məqsədləri də aydın idi.

Birinci amil: Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin bir sıra qüvvələri tərəfindən birmənalı qəbul olunmur. "Qoca Qitə”nin fikrincə, Azərbaycan kimi gənc müstəqilliyə sahib olan ölkələr öz ayaqları üzərində dayanmamalı, daim onlardan asılı vəziyyətdə qalmalıdır.

İkinci amil: Azərbaycanın strateji önəminin böyük olduğunu Qərbin anti-Azərbaycan dairələri yaxşı anlayır. Onların istəyi Azərbaycanın məhz qurduqları cəbhədə yer alması və gələcəyini məhv etmək hesabına olsa belə, Qərbə xidmət edən savaşa girməsidir.

Azərbaycan isə öz müstəqil siyasətindən geri çəkilmək və qaranlıq gələcək vəd edən cəbhələrdə yer almaqdan imtina edir. Ölkənin praqmatik rəhbərliyi anlayır ki, cəbhələrdən hansındasa yer almaq, ən yaxşı halda, Gürcüstan və ya Ukrayna ssenarisinin qəbul etmək deməkdir. Müstəqil mövqeni özünə təhqir hesab edən anti-Azərbaycan qüvvələr isə öz "siyasi maşınını” işə salır, qarayaxma kampaniyasına start verir. 2012-ci il "Eurovision” müsabiqəsi Bakıda keçirilərkən işə düşən bu kampaniya Azərbaycan iqtidarının düşünülmüş siyasəti və xalqın ona hərtərəfli dəstəyi sayəsində iflasa uğradı. I Avropa Oyunlarını növbəti həmlə üçün fürsət hesab edən Qərb dairələrinin budəfəki cəhdlərini də Azərbaycanın xalq-iqtidar birliyi sıradan çıxardı.

Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında dayanan amillər sırasına iqtisadi və Qərbin eqoizmi də daxildir.

İqtisadi amil: hər bir dövlət Avropa Oyunları kimi Olimpiada səviyyəli yarışları keçirmək istəyində olur. Bu hər şeydən öncə ölkə iqtisadiyyatının gələcəyinə yatırılan kapitaldır. Bəzi hallarda ev sahibliyi hüququndan məhrum olan ölkələr bu hüququ qazanan ölkəyə qarşı qisas savaşına başlayır və onunla bağlı qarayaxma kampaniyalarına dəstək olur. Bu həm də belə idman yarışlarını onlara verməyənlərə qarşı də revanşdır. Konkret demək olmasa da, I Avropa Oyunları zamanı Azərbaycana qarşı kampaniya aparan Böyük Britaniya, yaxud Almaniya kimi Qərb ölkələrinin də bu istəkdə olması istisna deyil.

Siyasi eqoizm: Qərb ölkələri adətən Avropa Oyunları kimi mötəbər tədbirlərin Avropa İttifaqına daxil olmayan dövlətlərdə keçirilməsini qəbul edə bilmirlər. Onların fikrincə, avropalılardan başqa digər xalqlar belə beynəlxalq tədbirləri keçirmək iqtidarında deyillər. Şovinizmi xatırladan bu mövqe Azərbaycana qarşı da sərgilənirdi. Xüsusilə, Azərbaycanın müsəlman ölkə olması bu mövqeni daha da sərtləşdirirdi. Lakin nti-Azərbaycan qüvvələr yenə də iflasa uğradılar. Azərbaycan isə nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Sadəcə olaraq, I Avropa Oyunları həm də Qərbin siyasi texnologiyasının ifşa olunmasına əsas yaratdı.

"Qafqazinfo”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ