Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarında ölkə millisini qeyri-rəsmi komanda hesabında qələbə qazandığı üçün təbrik edib və qeyd edib ki, rusiyalı idmançıların potensialı "Rio 2016” Olimpiadasında uğurlu çıxışının təminatıdır. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
O bildirib ki, I Avropa Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib gəlməklə Rusiya millisi ölkə idmanı tarixində yeni və parlaq səhifə yazıb: "Uğur yalnız ustalıqdan deyil, həmçinin psixoloji dözüm, komanda həmrəyliyi və iradə gücündən asılıdır. Siz bu keyfiyyətləri tamamilə nümayiş etdirə bildiniz. Təbrik edirəm! Afərin!”