Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında yüngülvari çəki (52 kq) dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə final görüşünə çıxıb. Trend-in məlumatına görə, idmançımız finalda italiyalı boksçu Vinçenzo Pikardi ilə qarşılaşıb.
Gərgin keçən həlledici döyüşdə boksçumuz qalib gəlib.
E.Məmişzadə Azərbaycana Avropa Oyunlarında 16-cı qızıl medalı qazandırıb.
Kişilər arasında birinci yarım-orta çəki (64 kq) dərəcəsində Azərbaycanı təmsil edən Kollazo Sotomayor da bu gün final görüşünü keçirib. Təmsilçimiz finalda italiyalı boksçu Vinçenzo Manciakarpe ilə üz-üzə gəlib. Aramsız qarşılıqlı zərbələrlə müşayiət olunan görüşdə boksçumuz daha dəqiq olub.
Beləliklə, K.Sotomayor Azərbaycana Avropa Oyunlarında 17-ci qızıl medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 49 medal əldə ediblər - 17 qızıl, 13 gümüş, 19 bürünc.