I Avropa Oyunlarının son günü yarışları 26 min tamaşaçı izləyəcək. Trend-in məlumata əsasən, bu barədə jurnalistlərə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, Oyunlarda tamaşaçıların davamiyyəti yüksək olaraq qalır: "Ötən gün yarışlarda 23010 tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz təşkil edir”.
S.Kleqin sözlərinə görə, bugünkü yarışları 29 min tamaşaçının izləyəcəyi gözlənilir.