Komitədən Trend-ə verilən məlumata görə, təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı-2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.
Bakı-2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı-2015-in veb-səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassasından əldə etməsini təmin etmək istəyir.