"İstər I Avropa Oyunları başlamamışdan əvvəl, istərsə də son 2 həftədə yarışların həm dünya mətbuatında, həm də Avropa ölkələrində işıqlandırılması və yayımlanması Azərbaycan haqqında müsbət fikirlərin və ismarıcların formalaşmasına kömək edib". Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, Azərbaycanda baş verən hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir: "Bu, bir tərəfdən pis, digər tərəfdən isə yaxşı xəbərdir. İkili standartlar hələ də mövcuddur. Lakin dünyada bu sahədə hansısa ciddi dəyişiklik baş verəcəyinə inanmıram".