Cümə günü, 27 noyabr 2026
     

İlk Avropa Oyunlarına Vətəndaş Dəstəyi Koalisiyası iki ayda nələr etdi?

Image


Rufiz Qonaqov: "Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında tarix yazdılar"

"Koalisiya Avropa Oyunlarına qarşı aparılan çirkin kampaniyanın qarşısını ala bildi"

Məlum olduğu kimi, aprelin 22-də Azərbaycanda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb. Müsahibimiz koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqovdur. Ona Koalisiyanın fəaliyyəti və digər məsələlərlə bağlı bir sıra suallar ünvanladıq.
- Rufiz müəllim, Koalisiyanın yaradılması hansı zərurətdən əmələ gəldi?
- "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyasının yaranmasını zəruri edən amil, ilk növbədə, Oyunların Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu, eyni zamanda, bunun mühüm bir əhəmiyyətə malik olduğunu göstərmək idi. Həmçinin, müəyyən xarici qurumların, beynəlxalq dairələrin Azərbaycana qarşı ikili standartlardan yanaşması bu zərurəti ortaya qoydu. Əlbəttə ki, biz bu tarixi hadisəyə biganə qala bilməzdik və bütün vətəndaş cəmiyyəti, KİV-lər, QHT-lər birləşdi. Yüzdən artıq KİV və QHT-nin bilavasitə iştirak etdiyi Koalisiya aprelin 22-də bəyanatla yarandı. Əsas məqsəd bu oyunların ictimai təbliğatını aparmaq, ölkə və dünya ictimaiyyətinə onun əhəmiyyətini çatdırmaq idi. Eləcə də Avropa Oyunlarına qarşı xarici dairələrin apardığı qara piar kampaniyasının qarşısını almaq, bununla yanaşı, vətəndaş cəmiyyətinin Avropa Oyunlarını dəstəklədiyini nümayiş etdirməkdən ibarət idi. Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlərlə həmrəy olduğumuzu göstərmək üçün bu Koalisiya yarandı.
- Koalisiyanın iki aydır gördüyü işlər nədən ibarətdir?
- Koalisiya yarandığı gündən effektiv fəaliyyət göstərir. İlk növbədə ölkəmizə qarşı olan ikili standartlarla bağlı bir neçə tədbir keçirib. Bu tədbirlərin birinci əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfədir Azərbaycanda aparıcı QHT-lərlə KİV-lər bir koalisiyada birləşirdi. İkinci bir tərəfdən, bu çox gözəl nümunə oldu o mənada ki, KİV-lər və QHT-lər cəmiyyətin aparıcı sahələridir və onlar birgə fəaliyyət göstərir. Biz bu Koalisiyanı yaratmaqla ölkəmizə qarşı aparılan qara piar kampaniyasının qarşısını almaq üçün çox böyük addımlar atdıq. Biz beynəlxalq qurumlara, ayrı-ayrı ermənipərəst qüvvələrə nümayiş etdirdik ki, bu kimi mühüm tədbirlərdə bütün təsisatlar həmrəydir, keçirilən tədbiri alqışlayır və buna dəstək verir. Göstərdik ki, Azərbaycanda söz, mətbuat azadlığı, insan hüquqları sahəsində vəziyyət ayrı-ayrı Avropa ölkələrindəkindən yüksək səviyyədədir.
- Koalisiya xaricdən Avropa Oyunlarına qarşı pozuculuq cəhdlərinin qarşısını almaq istiqamətində nə edə bildi?
- Koalisiya Avropa Oyunlarına qarşı aparılan çirkin kampaniyanın qarşısını ala bildi. Nümayiş etdirdi ki, bu məsələdə QHT və KİV-lərin vahid mövqeyi var. Heç kəs bunu poza bilməz. Adətən Azərbaycan böyük miqyaslı tədbirlərə ev sahibliyi edərkən belə hücumlarla üzləşir. Biz "Eurovision" mahnı müsabiqəsi zamanı da bunun şahidi olduq. Görünən odur ki, bu və digər məsələlərdə Azərbaycana qarşı ikili standartlar var. Baxın, Ermənistanda çox acınacaqlı bir vəziyyət hökm sürür. Aclıq, səfalət, demokratiya yoxdur, insan hüquqları hər addımda pozulur və s. Dünya ictimaiyyəti isə susur, həmin beynəlxalq təşkilatlar Ermənistana qarşı hər hansı mövqe bildirmir. Ancaq Azərbaycanda sözügedən problemlər olmaya-olmaya ölkəmizə qarşı antitəbliğat kampaniyası aparılır. Belə bir situasiyada biz vətəndaş cəmiyyətinin tam mövqeyini ortaya qoyduq. Bu, sözsüz ki, Azərbaycana qarşı çirkin kampaniya aparan dairələri düşünməyə məcbur etdi. Yəni Azərbaycanda vətəndaş cəmiyyəti görülən işləri təqdir edir. Biz ona görə də "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyasını yaratdıq. Onlara göstərdik ki, sözügedən məsələdə dövlətin və cənab Prezidentin yanındayıq.
- Koalisiya Avropa Oyunlarında Azərbaycan idmançılarının indiyədək əldə etdiyi naliyyətlərini necə qiymətləndirir?
- Oyunlar çox yüksək səviyyədə keçirilir. idmançılarımız çox gözəl nəticələr ortaya qoyur. Möhtəşəm açılış baş tutdu, fəxri qonaqların, müxtəlif ölkələrin dövlət başçılarının iştirakı ilə bu Oyunların nəinki Avropa, eyni zamanda bütün dünya üçün əhəmiyyətli olduğu sübut olundu. Bütün iştirakçılar, qonaqlar və on minlərlə tamaşaçı açılışa qatıldı. Bütün bunlar Azərbaycan üçün çox böyük uğur oldu. Eləcə də, Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında tarix yazdılar. Böyük nəticə ortaya qoyurlar. Bunun özü mühüm nailiyyətdir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın həqiqətən də böyük idman potensialı var. Cənab İlham Əliyevin ötən illər ərzində bu sahədə gördüyü işlər öz müsbət nəticəsini verir. Nəticələr göz qabağındadır.
- Avropa Oyunlarından sonra Koalisiya fəaliyyətini davam etdirəcəkmi?
- Bir daha qeyd edim ki, Koalisiya Avropa Oyunlarına dəstək məqsədilə yaradılmışdı. Oyunlardan sonra da ölkəmizə qarşı antitəbliğat davam edərsə, o zaman Koalisiya fəaliyyətini başqa bir formatda davam etdirə bilər. Yox, qaralama kampaniyası olmayacaqsa, o zaman Koalisiya öz missiyasının başa çatdığını elan edəcək. Çünki bizim əsas məqsədimiz Birinci Avropa Oyunlarına dəstək idi. Biz buna nail olduq və Oyunlar yüksək səviyyədə təşkil olundu.








DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ