Azərbaycan birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıb. Trend-in məlumatına görə, Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən boksçumuz Teymur Məmmədov bu gün final görüşünə çıxıb.
O, həlledici döyüşdə rəqibi italyan Manfredonia Valentinoya qalib gələrək qızıl medala sahib olub.