şənbə günü, 28 noyabr 2026
     

"Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar"

Image


Dünən Milli Məclisdə Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdlərinə həsr olunmuş dinləmələr keçirilib. "Trend"in məlumatına görə, dinləmələrdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür".
A.Quliyev qeyd edib ki, Azərbaycan bu Oyunları keçirməyi xoş niyyətlə öz üzərinə götürüb: "Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var".
Srağagün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: "Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki, Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcək. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir".
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə qeyd edib: "Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər".
V.Ələsgərov bildirib ki, bu hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: "Son zamanlar Ələkrəm Hümbətov kimi alçaq vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir".
O vurğulayıb ki, Azərbaycan, başqa ölkələrdən fərqli olaraq, müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur: "Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasət aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, tənqid, tərif etməsi üçün yetərli platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. Hər kəs də bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə ən alçaq formada həyata keçirir".
V.Ələsgərov əlavə edib ki, ölkəyə qarşı bu qədər kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir.
İlk məruzə ilə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan əleyhinə qara piar aparan Avropa Parlamentinin bir sıra deputatlarının fəaliyyətinin çirkin motivlərini konkret faktlarla ifşa edib. Lunaçek, Roza Qrafin, Kati Piri, Demeşmaker və sairlər barədə maraqlı məlumatlar açıqlayıb. Sonra Elçin Mirzəbəyli Avroparlamentdə deputatları Azərbaycana qarşı qara niyyətlərlə birləşdirən dörd əsas səbəbi təsnif edib.
Daha sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Avropada insan hüquqları ilə bağlı bir sıra faktlardan misallar gətirib. O, qeyd edib ki, Avropa ölkələrində həm də dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artır: "Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə İslam, yəhudi dinindən olanlar, eyni zamanda qaradərililər ayrıseçkiliyə məruz qalır".
A.Həsrət bildirib ki, misal üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbiristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı: "Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum nəticəsində 4 nəfər öldürülmüşdü. 2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü. Avropa İttifaqı Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Britaniya kimi ölkələrdə rəyi soruşulanların 75 faizi antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faiz təşkil edib. Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur".
O qeyd edib ki, ən dəhşətlisi isə kiçik uşaqların zorla ailəsinin əlindən alınması hallarının Avropada getdikcə adiləşməsidir: "Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən alınır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Misal üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu - "Жugendamt" 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır".
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbayğana qarşı aparılan bu kampaniyanın arxasında iki məqsəd durur: "Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etmək. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb".
Ə.Nuriyev deyib ki, elə Avropa təşkilatlarının araşdırmalarına əsasən, Avropa ölkələri hər il korrupsiyadan 320 milyard avro itirir. O vurğulayıb ki, Azərbaycan korrupsiyaya qarşı daim mübarizə aparır və bunun nəticələrini hər gün görürük: "Buna misal olaraq Korrupsiya ya qarşı Mübarizə Baş İdarəsi, "ASAN xidmət" yaradılıb və BMT "ASAN xidmət"i ən ali mükafatına layiq görüb".
Daha sonra çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparır. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: "Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup isə sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır".
S.Məmmədov bu cür təşkilatlardan nümunə də göstərib: "Misal üçün, Çexiyanın PİN təşkilatı. Bu təşkilat 1988-ci ildə zəlzələ zamanı tələbələr tərəfindən yaradılıb. 1992-ci ildə Xankəndində hospital təşkil edib və tərəfkeşlik edərək yalnız erməniləri müalicə ediblər. 1992-ci ildə erməni əsirliyindən azad olunmuş şəxslərin verdiyi məlumatlardan məlum olur ki, bu təşkilatın əməkdaşları azərbaycanlı əsirlərə qarşı hərbi cinayətlərdə iştirak ediblər. Belə məlumatlar da çoxdur ki, bu hospital insan orqanlarının alveri ilə məşğul olub və bunun qurbanları da azərbaycanlı uşaqlar olub. Belə cinayətlərlə məşğul olan bu təşkilat indi Azərbaycanda insan hüquqlarından danışır".

Valeh Ələsgərov: "Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq"

Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq. "Trend"in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycan Parlamentində I Avropa Oyunları ərəfəsində Azərbaycanın imicinə xələl gətirəcək kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Avropa Şurası yaranan gündən bu qurumun üzvüdür: "Qardaş ölkə Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi 1963-cü ilin sentyabrında imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir. Bu müddət ərzində Aİ-yə Türkiyədən bütün parametrlərdə geri qalan xristian ölkəsi qəbul edilib. Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq da. NATO-da Türkiyə sevimli tərəfdaşdır. Çünki burada söhbət təhlükəsizlikdən gedir. Aİ ilə əməkdaşlığa gəlincə isə Türkiyə yararsız olur. Bunun bir səbəbi də ölkə əhalisinin türk və müsəlman olmasıdır. Başqa səbəbi yoxdur".
Vitse-spiker deyib ki, Azərbaycana gəlincə isə başqa səbəblər var: "Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də Azərbaycanla danışmaq çox çətindir. Biz tələb edirik ki, bizimlə bərabər tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul etmirik. Çünki ehtiyacımız yoxdur. Bəziləri deyir ki, Azərbaycan Aİ ilə assosiasiya sazişinə girmək istəmir. Düzdür. Heç girə də bilməz. Girməməlidir. Birinci gündən Azərbaycanın tələbi olub ki, respublikamızın ərazi bütövlüyü tanınmalıdır və bu sazişin təməli olmalıdır. Buna isə getmirlər. Azərbaycan tərəfi olaraq kimsə bu sazişə girə bilərmi? Yox. Mümkün deyil. Ona görə də Azərbaycan bu sazişə girə bilməz".
Sonra məruzələr ətrafında QHT və media rəhbərlərinin, millət vəkillərinin çıxışları olub, konkret təkliflər səsləndirilib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ