şənbə günü, 28 noyabr 2026
     

Dövlət qurumlarından I Avropa Oyunları ilə əlaqədar parklama xəbərdarlığı...

Image


Bu gün I Avropa Oyunları ilə bağlı narahatlıq doğuran ən ciddi məsələ Bakı yollarında tıxac və avtomobillərin parklanması problemidir. Trend xəbər verir ki, bu fikir Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Əsas məsələ” proqramının I Avropa Oyunları ilə bağlı nəqliyyat və təhlükəsizlik məsələlərinin həllinə həsr olunmuş buraxılışında çıxış edən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri tərəfindən səsləndirilib.

Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yollarda avtomobillərin qanunsuz park edilməsi ciddi narahatlıq doğurur: "Ən böyük problemlərdən biri avtomobillərin yollarda atılıb gedilməsidir, yəni parklama məsələləridir. Ona görə maksimum dərəcədə çalışıb parklama yerlərindən istifadə etmək lazımdır”.

O həmçinin deyib ki, iyun ayı ərzində yük avtomobillərinin paytaxtda hərəkəti tam dayandırılacaq: "Ticarət obyektlərinin təminatı kiçik tutumlu avtomobillərlə olacaq. Amma ticarət obyektlərinin təminatı axşam saat 22:00-dan səhər saat 06:00-dək getməlidir. İdman oyunları müddətində mağazalar gecə saatlarında təmin edilməlidir ki, yollarda tıxaclar, problemlər yaşanmasın”.

İdman və gənclər naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunları ilə əlaqədar minik avtomobilləri ilə Bakı şəhərində hərəkət etmək üçün heç bir xüsusi buraxılış sənədi tələb olunmayacaq: "Sadəcə bəzi sakinlərə avtomobillərini yaşadığı binanın yanında park etmək üçün icazə sənədi veriləcək. Məsələn, Bakı Olimpiya Stadionu və "Kristal Zal” ətarfında yaşayış binaları yoxdur, Bakı Su İdmanı Sarayının ətrafında binalar azdır, amma Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafında hər tərəfdə məhəllələr var. Orada yaşayan sakinlər üçün xüsusi buraxılış sənədi hazırlamışıq. Həmin buraxılış sənədi sadəcə avtomobili o binaların yanında park etmək üçündür. Sürücü buraxılış sənədini avtomobilin ön şüşəsinə yapışdıracaq, keçən polis və evakuator xidməti o maşına toxunmayacaq. Biləcək ki, bu, binada yaşayan sakinin maşınıdır. Bu əslində buraxılış da yox, parkinq üçün icazə verən sənəddir”.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib ki, yollarda tıxaclar nəinki I Avropa Oyunları ərəfəsində, ümumiyyətlə böyük problem yaradır: "Maşınların düzgün park olunmaması və tıxacların yaranması səbəbindən baş vermiş hadisə yerinə xüsusi təyinatlı avtomobillərin yaxınlaşması üçün saatlarla vaxt sərf olunur. Siqnalları yandırıb hərəkət etməsinə baxmayaraq, bəzi sürücülər bizim xüsusi təyinatlı avtomobillərə yol vermirlər. Xüsusi təyinatlı avtomobillər, təcili yardım, FHN-nin, polisin avtomobiləri və digərləri hər biri insanların həyatını xilas etmək üçün tələsirlər. Xahiş edirik ki, onlara kömək etsinlər. Təsəvvür edin, onların hadisə yerinə gec çatması hadisənin böyüməsinə və insanların ölümünə gətirib çıxara bilər. Xahiş edirəm ki, xalqımız bunu nəzərə alsın”.

Daxili İşlər nazirinin mavini, polis general-leytenantı Oruc Zalov isə bildirib ki, keçirilən təlim-məşqlər göstərib ki, həqiqətən də I Avropa Oyunları zamanı müəyyən yerlərdə tıxaclar yarana bilər: "Son olaraq mayın 9-da xüsusi təlim-məşq keçirildi. Könüllülərdən ibarət şərti qonaqlar təşkil olundu. Həmin qonaqların ictimai nəqliyyat vasitəsilə stadiona çatdırılması hesablandı. Həmin nəqliyyat vasitələrinin müşaiyət olunması təmin edildi. Tıxaclar yarana bilən yerlər bir daha müayinədən keçirildi. Biz gördük ki, doğrudan da müəyyən yerlər var ki, orada tıxaclar yarana bilər”.

O.Zalov deyib ki, onların təklifi əsasında Nazirlər Kabinetinin verdiyi qərara əsasən iyun ayı ərzində böyük həcmli yük avtomobillərinin şəhərə buraxılmasına tam məhdudiyyət qoyulacaq. Minik maşınlarına gəlincə, nazir müavini sürücülərin özlərinin rahatlığı naminə onlara bir müddət ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görüb: "Bakıda yaşayan hər bir sürücü bilir ki, günün müəyyən vaxtlarında tıxaclar onların gediş-gəlişinə mane olur. Bunun da aradan qaldırılması məqsədilə biz Bakıda bütün sürücülərə, şəxsi avtomobillərdən istifadə edən hər bir vətəndaşa müraciət edirik ki, ay ərzində minik maşınlarından maksimum dərəcədə az istifadə etsinlər. Tıxaclarda qalmamaq, günün altında saatlarla vaxt itirməmək üçün elə sabahdan bu işə qoşulsalar, daha yaxşı olar”.

Nazir müavini bölgələrdən Bakıya gəlmək istəyən sürücülərə də müraciət edərək bildirib ki, müəyən vaxtlarda elə məhdudiyyətlər qoyulacaq ki, onlar şəhərə daxil ola bilməyəcəklər: "Yaxşı olar ki, onlar indidən ictimai nəqliyyatdan istifadə qaydalarına riayət etsinlər. İctimai nəqliyyatın sayı kifayət qədər artırılacaq. Onların Bakıya gediş-gəlişinə heç bir maneə olmayacaq, məhdudiyyət qoyulmayacaq. Şəxsi avtomobillərlə Bakıda Oyunlara baxmaq və ya şəxsi işlərini görmək üçün gələnlərə isə məhdudiyyət qoyulacaq. Bu vətəndaşlar üçün Bakının kənar ərazilərində müəyyən yerlər təşkil edəcəyik ki, onlar avtomobili saxlayıb şəhərə ictmiai nəqliyyatla gəlsinlər. Amma yaxşı olar ki, onlar rayondan birbaşa ictimai nəqliyyatdan istifadə edərək gəlsinlər. Bu gün biz inzibati qaydada demirik ki, hamıya qadağa qoyulacaq. Amma günün altında qalmaqdansa, saatlarla vaxt ititrməkdənsə ictimai nəqliyyatdan istifadə edərək mənzil başına rahat çatmaq ondan min qat yaxşıdır”.

O.Zalov bildirib ki, müvafiq qurumların tövsiyə və müraciətlərinə baxmayaraq avtomobili qanunsuz park edənlərə qarşı ciddi tədbirlər görüləcək: "Sözsüz ki, evakuator xidməti bu cür sürücülərə qarşı bağışlama mövqeyindən çıxış etməyəcək. Evakuator xidmətinin fəaliyyəti həddindən artıq yüksələcək. Yol polisi əməkdaşları müşahidə kameraları vasitəsilə həmin yollara ciddi nəzarət edəcək. Bu gün Bakıda 6 mindən çox nəzarət kameralarımız var. Həm yollara, həm ictimai asayişin qorunmasına gecə-gündüz nəzarət olunacaq. Bizim tövsiyələrə əməl etməyən, intizamsız sürücülərə qarşı ciddi tədbirlər görüləcək”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ