şənbə günü, 28 noyabr 2026
     

“Avropa Oyunlarına Vətəndaş Dəstəyi” Koalisiyası oyunlardan sonra da fəaliyyətini davam etdirməlidir

Image


"Azərbaycan gənc dövlət olaraq böyük "dostlarının” ikili standartlara söykənən yanaşmasıından, bir qədər də açıq desək, ikiüzlü siyasətindən əziyyət çəkir. Biz uzun illərdir ki, xüsusən Qarabağ probleminə yanaşmada bu ikiüzlü siyasətin şahidi oluruq. Bu gün isə Azərbaycanın özü hədəfə alınıb”.

Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov anti-Azərbaycan kampaniyalarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanı terrorizmə qarşı mübarizədə özünün yaxın tərəfdaşı elan edən, ölkədə keçirilmiş bütün seçkilərin nəticəsini "Demokratiyaya doğru addım” kimi qiymətləndirən, bu vaxta qədər imzalanmış əfv sərəncamlarına, "Salamlayırıq”, "Düzgün istiqamətdə atılmış addımdır” deyə reaksiya verən "dostlar” bu gün tamam fərqli bir ovqata köklənərək ənənəvi münasibətlərə uzaq olan davranış nümunələri sərgiləyirlər: "Tam əminliklə deyə bilərik ki, Azərbaycanın qısa müddət ərzində özünün müstəqil siyəsətini möhkəmləndirəcək resurslara sahiblənəcəyini dünya gücləri də gözləmirdi. Bugünkü reallıqlar hərtərəfli şəkildə üzə çıxdıqca, ölkələri təsir altında saxlamağa adət etmiş qüvvələr bərk narahatlıq keçirirlər. Yanılmıramsa Lev Tolstoyun fikridir. Deyir əgər kimsə səni pis adam hesab edirsə, deməli, sən ona aşırı yaxşılıqlar etmisən. İndi biz də məhz bu vəziyyətdəyik. İstər benəlxalq terrorizmlə mübarizədə, istər dünyanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanı özünün yaxın tərəfdaşı elan edən, siyasi, iqtisadi və humanitar sahədə onunla əməkdaşlığa maraq göstərən bir ölkənin, konkret olaraq Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı siyasi dairələri bilavasitə dövlətimizə qarş yönəlmiş gizli siyasi oyunlar qururlarsa, təbii ki, bu, bizim təəssüfümüzü doğurur. Sual olunur: Nə baş verdi ki, bu gün Azərbaycana qarşı kampaniyalar təşkil olunur, əsassız ittihamlar səsləndirilir? Əslində dəyişən çox şey var. Azərbaycan dünyanın siyasət meydanında öz mövqelərini daha da möhkəmləndirib, iqtisadi inkişaf yolunda kifayət qədər ciddi nəticələr əldə edib, kənar təsirlər altına düşmədən daha inamlı müstəqil siyasət aparır, daxili problemlərini mərhələli şəkildə həll edir, həm sosial-iqtisadi, həm də ictimai-siyasi müstəvidə başqa ölkələrin də yararlana biləcəyi müsbət fəaliyyət mexanizmləri tətbiq edir. Bunların nəticəsində isə ölkədə bütün sahələr üzrə nəzərəçarpacaq irəliləyişlər əldə olunub. ABŞ-ın 250 ilə yaxın müstəqillik tarixi var. Oturuşmuş qüdrətli bir dövlətdir ki, bu gün 40-50 ildən sonra dünya düzəninin necə olacağını müəyyənləşdirir. Lakin buna baxmayaraq bu ölkənin də daxilində olduqca ciddi problemlər var. Məsələn, ABŞ hazırda orta sinifin getdikcə sıradan çıxması kimi problemlərlə üz-üzədir. Bunu ölkənin rəsmi şəxsləri də etiraf edir, mətbuatda açıq şəkildə göstərir. Ən əsas problem isə irqçilikdir ki, ölkənin birinci şəxsinin kimliyindən və milli mənsubiyyətindən asılı olmayaraq, ABŞ-da insanlara hələ də dərilərinin rənginə görə qiymət verilir. Başqa ölkələri insan haqlarını pozmaqda ittiham edənlər nədənsə ötən il polis tərəfindən öldürülmüş qaradərili Maykl Braun, Erik Qarner, Akai Qurley və Tamir Raysı insan saymadılar, onların haqqını tanımaq, hüquqlarını qorumaq istəmədilər. Ötən ilin sonlarında Nyu York, Kentucky, Kaliforniya, Massaçusetts, Missuri, İllionis və Kolorado ştatlarında keçirilən irqçilik əleyhinə etiraz aksiyalarının zorakılıqla dağıdıldığını kim unudub ki? Üç əsrə yaxın dövlətçilik tarixi olan ABŞ bu problemi hələ də ardan qaldıra bilmirsə, onda hansı haqla başqa ölkələrdə daxili sabitliyi pozmağa yönələn cəhdlərin qarşısı alınarkən bəyanatı bəyanata calayır? Biz çoxsaylı faktlar sadalaya bilərik ki, Amerikanın başqa ölkələrə qarşı qeyri-səmimi davrandığı, daxili siyasətindəki gözlə görünən elementlərinin demokratiyadan uzaq olduğu hər kəsə bir daha aydın olsun. Azərbaycanda isə milli kimlik məsələsi heç vaxt problem olmayıb. Sülhə, əminamanlığa, dostluğa çağıran siyasətə üstünlük verən Azərbaycan multikultral dəyərlərə söykənən və tolerantlığın tam mənada möhkəmləndiyi bir ölkəyə çevrilib. Bu gün dünyanın dörd bir yanında milli, dini, irqi zəmində baş verən qanlı toqquşmalar, münaqişələr fonunda Azərbaycan bütün bunların əksini özündə təcəssüm etdirən parlaq bir dövlətçilik nümunəsilə fərqlənir. Bax, qarşılaşdığımız ikiüzlü siyasətin səbəbi də elə sadaladığımız amillərdir”.

F.Yusifov qeyd edib ki, Azərbaycan kiminsə əlinin altında vasitəyə, oyuncaq ölkəyə çevrilmək istəmir, başqaları arasında yaranan münaqişələrdə, kimlərinsə nüfuz savaşında da tərəf nümayiş etdirmək niyyətində deyi: "Bu da balaca bir ölkə üçün xarakterik hesab olunmadığından bu gün Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil olunur, mövqelərimizi zəiflətməyə hesablanmış addımlar atılır. Bəli, hədəfdə dövlətimizdir və deməli belə bir məqamda hər bir azərbaycanlı əsl vətəndaşa çevrilməlidir. Kimsə ağlının ucundan da keçirməməlidir ki, bu təzyiqlər, təhdidlər və təxribat xarakterli əməliyyatlar Azərbaycanın mövcud hakimiyyətinə qarşı yönəlib. Qətiyyən belə deyil. Kifayət qədər əlverişli coğrafi ərazidə yerləşən, təbii resurslarla zəngin balaca bir ölkənin tamamilə müstəqil siyasət yürütməsi, bununla paralel dayanıqlı iqtisadi sistem formalaşdırması və müasir silahlarla təchiz olunmuş bir orduya sahiblənməsi heç bir halda dünya güclərinin marağına cavab vermir. Analiz edirlər, hesablayırlar ki, bu gedişatla Azərbaycan işğaldakı torpaqlarını azad edib daha möhkəm mövqelər eldə edəcək. Bu isə Azərbaycana imkan yaradacaq ki, Ermənistan üzərində tam üstünlüyünü təmin etsin və hazırda ermənilərin ərazisi hesab olan tarixi Azərbaycan torpaqarının da geri qaytarılması məsələsini beynəlxalq təşkilatların gündəminə gətirsin. Azərbaycan prezidentinin bu barədə bəyanatlarının təsadüfi səsləndirilmədiyini dəqiq bilirlər. Dövlət gücləndikcə, zənginləşdikcə onun kənar təsirlərə qarşı müqavimət gücü artır, iddiaları genişlənir və tarix boyu itirdikləri nə varsa hamısını geri qaytarmağa çalışır. Bu baxımdan anti-Azərbaycan kampaniyaların arxasında həm də Qərbdəki erməni dairələrinin dayandığı barədə iddiaları əsassız hesab etmək olmaz. Təzyiqlərin başqa bir səbəbi isə regionda reallaşdırılan və Azərbaycanın da əsas oyunçularından olduğu nəhəng qaz ixracı layihələridir. Toqquşan iqtisadi maraqlar fonunda Azərbaycanın tutduğu mövqedən çəkindirmək istəyənlər hər vasitəyə əl atır, dövlətin iqtisadi siyasətinə təsir göstərməyə çalışırlar”.

F.Yusifov Azərbaycanda daxili gərginlik yaratmaq, müxtəlif təxribatlar törətmək məqsədilə kifayət qədər böyük pullar xərcləndiyinə diqqət yönəldərək, bu vaxta qədər "Demokratiyaya dəstək” adı altında dövlətə qarşı yönəlmiş çoxsaylı layihələrin maliyyələşdirildiyini vurğulayıb: "Təəssüf ki, elələri də tapılıb ki, öz ölkəsinin maraqlarını qrant layihələrinə, müxtəlif ianələrə qurban verməkdən belə çəkinməyiblər. Lakin onların ziyanlı və bilavasitə dövlətə xəyanət xarakterində olan fəaliyyəti Azərbaycanın təhlükəsizlik qurumları tərəfindən müəyyən edilib və ölkəmizə qarşı qurulmuş müxtəlif səpkili planlar tamamilə ifşa olunaraq müvafiq hüquqi tədbirlər görülüb. Lakin Azərbaycanın müstəqil siyasət kursunu getdikcə möhkəmləndirməsi faktına əsaslandıqda deyə bilərik ki, ölkəmizə qarşı yönəlmiş təzyiqlər getdikcə daha da arta və yeni-yeni planlar hazırlana bilər. Bir tərəfdən Dağlıq Qarabağ probleminə qarşı dünyanın tutduğu ədalətsiz mövqeyə, bir tərəfdən də xaricdən maliyyələşdirilən və bilavasitə daxili sabitliyi pozmağa hesablanan addımlara qarşı mübarizə aparmalı olan Azərbaycan dövlətinin hansı mürəkkəb situasiya ilə üzləşdiyini görməmək mümkün deyil. Belə vəziyyətdə isə bizim hər birimizdən gerçək vətəndaşlıq mövqeyi tələb olunur. Biz müstəqiliyyimizi ona görə bərpa etməmişik ki, hansısa ölkənin iqtisadi və siyasi maraqlarına görə ondan imtina edək. Biz bayrağımızı ona görə ucaltmamışıq ki, başqa ölkələrin bayrağının altına sığınmaq istəyənlərin əməllərinə göz yumub onların dağıdıcı fəaliyyətinin daha da genişlənməsinə şərait yaradaq. Bu adamların hamısı xaricdən xüsusi təlimat alaraq öz dövlətinə xidmət edən, onun maraqlarını heç nəyə dəyişməyən vətəndaşları, ictimai və siyasi fəalları "satqın” adlandırır, amma özləri başqa ölkələrin hətta xüsusi xidmət orqanları ilə belə əməkdaşlıq edir, müəyyən məbləq müqabilində casusluq fəaliyyəti göstərirlər. Belələri təkcə Avropa ölkələrində yaşamaq həvəsilə istənilən dövlət sirrini düşmənə də verməyə hazırdı. İndi biz soruşuruq: Kimdir satqın?”

F.Yusifovun fikrincə bayrağımızın, dövlətimizin ətrafında birləşmək ehtiyacının yarandığı bir dövrdəyik və indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır: "Ölkə Prezidenti cənab İlham Əliyevin də son bəyanatlarında vurğuladığı kimi, biz öz probemlərimizi özümüz həll etməli, yaranmış və yarana biləcək təhlükələri özümüz dəf etməliyik. Bunun üçünsə ölkənin bütün demokratik təsisatları bir araya gəlməli və bir yumruğa çevrilib başqa ölkələrdən istiqamət alan təhdid və təzyiqlərə qarşı mübarizə aparmalıdırlar. Vətəndaş Cəmiyyətinin təmsilçilərindən indi heç vaxt olmadığı qədər fəallıq tələb olunur və sevindirici haldır ki, biz bunu "I Avropa Oyunlarına Dəstək” Koalisiyasının yaranmasında və inkişaf etməsində görə bilirik. Qarşıdakı oyunlar Azərbaycanın siyasi və iqtisadi perspektivləri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu böyük tədbirin Azərbayacana verəcəyi dividentləri dəqiq hesablayanlar təsadüfi deyil ki, məhz bu ərəfədə təzyiqlərini bir qədər də artırıblar. Bu baxımdan, Vətəndaş Cəmiyyətini formalaşdıran tərəflərin bir araya gələrək bir koalisiyada birləşdirilməsi ideyası alqışa layiqdir. Vətəndaş Cəmiyyətinin bir üzvü kimi bu təşkilatlanmanın ideoloqlarına minnətdarlığımızı bildiririk. Hesab edirik ki, bu Koalisiya Azərbaycanın haqq sözünün bütün dünyaya çatdırılmasında çox böyük rola malik olacaq. Özü də təkcə indi yox, I Avropa Oyunlarından sonra da bu Koalisiya fəaliyyətini gücləndirməli və dövlətimizin, onun maraqlarının keşiyində dayanmalıdır. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrimiz məsuliyyəti bir qədər də artırıb mənşəyi bəlli olmayan informasiyalardan qaçmalı və dövlətimizin maraqlarına xələl yetirən məlumatları müəyyən etməyi bacarmalıdırlar. Bu gün Azərbaycan təkcə Ermənistanın deyil, ayrı-ayrı ölkələrin müxtəlif maraqlarına söykənən təxribatları ilə qarşılaşır. Bu sırada siyasi dairələr də var, dini cərəyanlar da. Ölkə mətbuatı ayıq-sayıq olmalı, cəmiyyətimizə ziyanlı informasiyaların ötürülməsinə səy göstərənlərə heç bir şans verməməlidir”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ