Federasiya rəsmisi ənənəvi yarışla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar: "Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.