Bu gün Birinci Avropa Oyunları "Alovqoruyanları”nın yürüşü keçirililib. Trend-in məlumatına görə, könüllülərin qatıldığı yürüş Dəniz Vağzalının ətrafından start götürərək Yeni Bulvardaki karuselin (Yeni "Chertovo Koleso”) yanında başa çatıb.
İlk yeri tutan könüllüyə kubok və I Avropa Oyunlarının açılış mərsiminə biletlər, ikinci və üçüncü yerin sahiblərinə isə kubok və "Nar Mobile” şirkətindən qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra könüllülər arasında müxtəlif viktorinalar keçirilib və tədbir müsiqi sədaları ilə davam edib.