şənbə günü, 28 noyabr 2026
     

Av­ro­pa Oyun­la­rı­nın bü­tün dün­ya­ya aç­dı­ğı da­ha bir tək­zi­be­dil­məz hə­qi­qət...

Image


Ke­çən həf­tə­nin cü­mə gü­nü - ma­yın 8-də Bey­nəl­xalq Mət­bu­at Mər­kə­zin­də "Ba­kı-2015" Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na Dəs­tək Və­tən­daş Cə­miy­yə­ti Ko­a­li­si­ya­sı" "An­ti-Azər­bay­can qüv­və­lər: ol­duq­la­rı və gö­rün­dük­lə­ri ki­mi" möv­zu­sun­da Də­yir­mi Ma­sa ke­çi­rib. Də­yir­mi Ma­sa­da Ko­a­li­si­ya­nın ko­or­di­na­tor­la­rı Ay­dın Qu­li­yev və Ru­fiz Qo­na­qov, mil­lət və­kil­lə­ri, KİV və QHT rəh­bər­lə­ri, po­li­to­loq­lar və di­gər qo­naq­lar iş­ti­rak edir­di.

Bey­nəl­xalq Mü­na­si­bət­lə­rin Araş­dı­rıl­ma­sı Mər­kə­zi­nin səd­ri Ru­fiz Qo­na­qov təd­bi­ri aça­raq bil­dir­di ki, ar­tıq Av­ro­pa Oyun­la­rı ya­xın­laş­dıq­ca Azər­bay­ca­na qar­şı an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı­nın miq­ya­sı da ge­niş­lə­nir. O qeyd et­di ki, son za­man­lar ABŞ-da və bə­zi öl­kə­lər­də yer­lə­şən mü­əy­yən bey­nəl­xalq təş­ki­lat­lar, qu­rum­lar Azər­bay­ca­na qar­şı öz məkrli si­ya­sət­lə­ri­ni da­vam et­di­rir, öl­kə­mi­zə qar­şı qa­ra pi­ar kam­pa­ni­ya­sı­nı da­yan­dır­maq is­tə­mir­lər: "Biz qə­ra­ra gəl­dik ki, top­la­şıb an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı apa­ran təş­ki­lat­la­rın ad­la­rı­nı açıq­la­ma­lı­yıq və on­la­rı ol­duq­la­rı və gö­rün­dük­lə­ri ki­mi təh­lil et­mə­li­yik. Bu təd­bir­də iş­ti­rak edən­lər, ko­a­li­si­ya üzvlə­ri bu mə­sə­lə­yə mü­na­si­bə­ti­ni bil­di­rə­cək".

R.Qo­na­qov bil­dir­di ki, Də­yir­mi Ma­sa­da üç mə­ru­zə din­lə­nə­cək və son­ra möv­zu ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­la­caq. R.Qo­na­qov mə­ru­zə et­mək üçün "Xalq Cəb­hə­si" qə­ze­ti­nin baş re­dak­to­ru El­çin Mir­zə­bəy­li­yə söz ver­di.

E.Mir­zə­bəy­li "Qərb öl­kə­lə­rin­də apa­rı­lan an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı­nın sə­bəb­lə­ri və ma­hiy­yə­ti möv­zu­sun­da" mə­ru­zə­si­ni din­lə­yi­ci­lə­rə çat­dır­dı:


"Bu pro­se­sin ar­xa­sın­da da­ya­nan qüv­və­lər kim­lər­dir?"

1. İlk Av­ro­pa Oyun­la­rı Azər­bay­can­da ke­çi­ril­di­yi­nə gö­rə bu Oyun­lar­la bağ­lı stan­dartlar da məhz öl­kə­miz­də for­ma­la­şa­caq. Bu isə hər də­fə Av­ro­pa Oyun­la­rı ke­çi­ril­dik­də öl­kə­mi­zin adı­nın xa­tır­lan­ma­sı, Azər­bay­can­da ke­çi­ri­lən Oyun­lar haq­qın­da mə­lu­mat­la­rın tək­rar­lan­ma­sı de­mək­dir. Bu isə bey­nəl­xalq ic­ti­mai rəy­də öl­kə­mi­zin da­vam­lı imi­ci­nin for­ma­laş­dı­rıl­ma­sı üçün ol­duq­ca önəm­li fak­tor­dur.

2. Bu Oyun­lar dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən öl­kə­mi­zə sə­fər edən id­man­çı­la­rın, me­dia təm­sil­çi­lə­ri­nin və di­gər pe­şə sa­hib­lə­ri­nin Azər­bay­can­la, Azər­bay­can xal­qı­nın mə­də­niy­yə­ti ilə, öl­kə­miz­də möv­cud olan mul­ti­kul­tu­ral mü­hit­lə ta­nış ol­ma­la­rı­na, Azər­bay­ca­nın si­vil dün­ya­nın, Av­ro­pa mə­də­niy­yə­ti­nin ay­rıl­maz bir par­ça­sı ol­du­ğu­nu əya­ni for­ma­da təs­diq­lə­mə­yə im­kan ya­ra­da­caq.

3. Azər­bay­ca­nın nə­həng bey­nəl­xalq təd­bir­lə­rin yük­sək sə­viy­yə­li təş­ki­lat­çı­sı ki­mi möv­qe­lə­ri­ni möh­kəm­lən­di­rə­cək, bu sa­hə­də döv­lə­ti­mi­zin və xal­qı­mı­zın yük­sək po­ten­si­a­la sa­hib ol­du­ğu­nu or­ta­ya qo­ya­caq.

4. Azər­bay­ca­nın tu­rizm po­ten­si­a­lı­nın və bü­töv­lük­də iq­ti­sa­di im­kan­la­rı­nın təb­li­ği­nə im­kan ya­ra­da­caq.

5. Öl­kə­miz haq­qın­da Er­mə­nis­ta­nın, er­mə­ni di­as­po­ru­nun və on­la­rın hi­ma­yə­çi­lə­ri­nin yay­dı­ğı qə­rəz­li mə­lu­mat­la­rın əsas­sız ol­du­ğu­nu nü­ma­yiş et­di­rə­cək.

6. Azər­bay­can xal­qı­nın özü­nə inam his­si­ni güc­lən­di­rə­cək, və­tən­daş­la­rı­mı­za qar­şı­mız­da olan stra­te­ji hə­dəf­lə­ri­mi­zə çat­maq üçün mü­ba­ri­zə əz­mi ve­rə­cək.

Av­ro­pa Oyun­la­rı ərə­fə­sin­də Azər­bay­ca­na qar­şı apa­rı­lan qa­ra­yax­ma kam­pa­ni­ya­sı­nın sə­bəb­lə­ri nə­dir?

1. Av­ro­pa Oyun­la­rı ərə­fə­sin­də bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin və me­di­a­nın diq­qə­ti­nin Azər­bay­can­da ola­ca­ğı­nı nə­zə­rə alan Er­mə­nis­tan, er­mə­ni di­as­po­ru, iş­ğal­çı öl­kə­nin dəs­tək­çi­lə­ri, öl­kə­miz­də ge­o­si­ya­si və iq­ti­sa­di ma­raq­la­rı olan da­i­rə­lər, kor­po­ra­tiv ma­raq­la­rı olan şəxslər ya­ran­mış və­ziy­yət­dən is­ti­fa­də edə­rək Azər­bay­ca­nın bey­nəl­xalq nü­fu­zu­na zər­bə vur­ma­ğa, Oyun­la­rın ke­çi­ril­mə­sin­dən əl­də edə­cə­yi­miz di­vi­dendlə­rin ef­fek­tiv tə­si­ri­nin azal­dıl­ma­sı­na cəhd gös­tə­rir.

2. Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tən­zim­lən­mə­si pro­se­sin­də er­mə­ni­lə­rin Dağ­lıq Qa­ra­ba­ğı Azər­bay­can­dan qo­par­maq üçün irə­li sür­dü­yü əsas id­di­a­lar­dan bi­ri Dağ­lıq Qa­ra­bağ­da ya­şa­yan er­mə­ni­lə­rin təh­lü­kə­siz­li­yi ilə bağ­lı­dır. Er­mə­nis­tan id­dia edir ki, Azər­bay­can xal­qı to­le­rant ol­ma­dı­ğı üçün Dağ­lıq Qa­ra­bağ Azər­bay­ca­nın tər­ki­bin­də qa­la bil­məz, çün­ki bu hal­da er­mə­ni­lər üçün təh­lü­kə ya­ra­na bi­lər. La­kin Av­ro­pa Oyun­la­rı və bu qə­bil­dən olan di­gər təd­bir­lər Er­mə­nis­ta­nın, elə­cə də bu ma­ri­o­net öl­kə­nin hi­ma­yə­çi­lə­ri­nin id­di­a­la­rı­nın alt-üst edil­mə­si­nə zə­min ya­ra­dır və on­la­rın əsas si­lah­la­rı­nı əl­lə­rin­dən alır.

3. Hü­cum­la­rın da­ha bir sə­bə­bi Av­ro­pa Oyun­la­rı ərə­fə­sin­də Azər­bay­can döv­lə­ti­nin və xal­qı­nın diq­qə­ti­ni əsas hə­dəf­lər­dən ya­yın­dır­maq, bu­nun­la da Oyun­la­rın təş­ki­li pro­se­si­nə zər­bə vur­maq, öl­kə­mi­zin nü­fuz­dan sa­lın­ma­sı üçün nə­zər­də tu­tu­lan təb­li­ğat üçün əsas ya­rat­maq­dan iba­rət­dir.

4. Baş­qa bir sə­bəb isə to­tal hü­cum­lar va­si­tə­si­lə Azər­bay­can xal­qı­nın tək­lən­di­yi­ni sü­but et­mək, cə­miy­yə­ti­miz­də gər­gin­lik və qar­şı­dur­ma ya­rat­ma­ğa cəhd gös­tər­mək, si­nir­lə­ri­mi­zi gər­mək, bu­nun mü­qa­bi­lin­də xal­qı­mı­zın ta­ri­xi to­le­rantlıq ənə­nə­lə­ri ilə bağ­lı cid­di şə­kil­də for­ma­laş­maq­da olan bey­nəl­xalq ic­ti­mai rə­yi yan­lış is­ti­qa­mə­tə yö­nəltmək, həm­çi­nin xal­qı­mı­zın güc­lən­mək­də olan özü­nə­i­nam his­si­ni sar­sıt­maq­dır.

5. Azər­bay­ca­nı bu pro­ses­dən zə­if çı­xar­maq­la if­las ərə­fə­sin­də olan Er­mə­nis­tan­la öl­kə­miz ara­sın­da olan mü­qa­yi­sə­yə­gəl­məz fər­qi qis­mən də ol­sa azaltmaq.

Bu pro­se­sin ar­xa­sın­da da­ya­nan qüv­və­lər kim­lər­dir:

1. Er­mə­nis­tan, er­mə­ni di­as­po­ru və iş­ğal­çı öl­kə­ni hi­ma­yə edən da­i­rə­lər.

2. Azər­bay­can­da və dün­ya­da ge­o­si­ya­si ma­raq­la­rı olan, Azər­bay­can­dan is­tə­dik­lə­ri­ni al­maq üçün öl­kə­mi­zin zə­if düş­mə­sin­də ma­raq­lı olan güc­lər.

3. Azər­bay­can­da kor­po­ra­tiv ma­raq­la­rı olan şəxslər, ya­xud si­ya­si və iq­ti­sa­di da­i­rə­lər.

Ker­ri­yə ün­van­la­nan mək­tu­ba im­za atan isim­lə­rə diq­qət ye­ti­rək:

1. Mor­ton Ab­ra­mo­viç - ABŞ-ın Tür­ki­yə və Ta­i­landda­kı sa­biq sə­fi­ri, Kar­ne­gi Fon­du­nun və NED-in sa­biq səd­ri və ən əsa­sı - "Gə­zi par­kı olay­la­rı" və Tür­ki­yə-Er­mə­nis­tan pro­to­kol­la­rı la­yi­hə­lə­ri­nin ide­o­lo­ji ata­sı və dəs­tək­çi­si.

2. Erik Tse­no­vet - "Na­rın­cı in­qi­lab"la­rın təd­qi­qat­çı­sı və nə­zə­riy­yə­çi­si. Gür­cüs­tan­da və Uk­ray­na­da hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lər­də fə­al şə­kil­də iş­ti­rak edib.

3. "Fo­re­ign po­licy" (Xa­ri­ci si­ya­sət) jur­na­lı­na yaz­dı­ğı mə­qa­lə­lər­də Azər­bay­ca­nı "an­ti-Er­mə­nis­tan təb­li­ğa­tı" apar­maq­da suç­la­yan Ələk­bər Ra­u­foğ­lu.

4. El­li­ot Ab­rams - "Hu­man Rights Watsh" təş­ki­la­tı­nın təm­sil­çi­si, 1985-ci il­də öz döv­lə­ti­nin qoy­du­ğu qa­da­ğa­ya bax­ma­ya­raq, İra­na si­lah sa­tı­şın­da iş­ti­rak edən və bu­na gö­rə mü­ha­ki­mə olu­nan sa­biq Ağ Ev gö­rəv­li­si, er­mə­ni di­as­po­ru, xü­su­si­lə də Er­mə­ni Mil­li Ko­mi­tə­si ilə sıx əla­qə­də olan şəxs.

5. Ru­si­ya çar or­du­su­nun ge­ne­ra­lı Yu­ri Da­ni­lo­vun nə­və­si, Mər­kə­zi Kəş­fiy­yat İda­rə­si­nin sa­biq əmək­da­şı Ni­ko­las Da­ni­loff. 1986-cı il­də " U.S. News & World Re­port" jur­na­lı­nın xü­su­si müx­bi­ri ki­mi öz agen­tin­dən məx­fi sə­nəd­lə­ri al­dı­ğı za­man həbs olu­nub. Hə­min sə­nəd­lər­də si­lah­lı qüv­və­lə­rin dis­lo­ka­si­ya­sı və di­gər məx­fi sə­nəd­lər yer alıb. Da­ni­lof­fun işi ilə bağ­lı çı­xış edən ABŞ Se­na­tı­nın kəş­fiy­yat üz­rə xü­su­si ko­mi­tə­si­nin səd­ri Da­ren­ber­ger bə­yan edir ki, kəş­fiy­ya­tın jur­na­list Da­ni­loffdan öz məq­səd­lə­ri üçün is­ti­fa­də et­mə­si ABŞ qa­nun­ve­ri­ci­li­yin­də qa­da­ğan olun­ma­yıb.


"Sər­bəst top­laş­ma, bir­ləş­mə, söz və ifa­də azad­lı­ğı bey­nəl­xalq təc­rü­bə­də: prin­sip­lər və re­al­lıq­lar"

"Sər­bəst top­laş­ma, bir­ləş­mə, söz və ifa­də azad­lı­ğı bey­nəl­xalq təc­rü­bə­də: prin­sip­lər və re­al­lıq­lar" möv­zu­sun­da mə­ru­zə ilə Və­tən­daş­la­rın Əmək Hü­quq­la­rı­nı Mü­da­fiə Li­qa­sı­nın İc­ra­iy­yə Ko­mi­tə­si­nin səd­ri Sa­hib Məm­mə­dov çı­xış et­di: "Azər­bay­can­da dinc top­laş­ma azad­lı­ğı­nın, bir­ləş­mə azad­lı­ğı­nın və söz azad­lı­ğı­nın tə­min olun­ma və­ziy­yə­ti ne­cə­dir? Biz­də bey­nəl­xalq stan­dartla­ra əməl olu­nur­mu?

Mən qı­sa çı­xı­şım­da Azər­bay­can və Av­ro­pa­nın di­gər öl­kə­lə­ri tə­rə­fin­dən ta­nı­nın bey­nəl­xalq stan­dartla­rı sa­da­la­ya­ca­ğam. Mü­qa­yi­sə­ni isə siz edin.


Top­laş­ma azad­lı­ğı

Bey­nəl­xalq stan­dartla­ra gö­rə, 6 rəh­bər prin­sip var:

Pre­zumpsi­ya­nın top­lan­tı­nın ke­çi­ril­mə­si tə­rəf­də ol­ma­sı.

Yə­ni o qa­da­ğan edi­lir­sə, əsas­lan­dı­rıl­ma­lı­dır.

Döv­lə­tin dinc top­lan­tı­nı mü­ha­fi­zə (mü­da­fiə) et­mək öh­də­li­yi,

qa­nu­ni­lik və əsas­lan­dır­ma

Əgər məh­du­diy­yət qo­yu­lur­sa, bu le­gi­tim şə­kil­də əsas­lan­dı­rıl­ma­lı­dır.


Pro­por­si­o­nal­lıq

İs­tə­ni­lən məh­du­diy­yət pro­por­si­o­nal ol­ma­lı­dır. Top­lan­tı da­ğı­dı­lar­kən tət­biq olu­nan qüv­və pro­por­si­o­nal ol­ma­lı­dır.

Yax­şı ida­rə­et­mə

Ca­vab­deh və mə­sul or­qan­lar sə­la­hiy­yət­lə­ri­ni bil­mə­li və hər bir or­qan ona aid mə­sə­lə­ni ida­rə et­mə­li­dir.

Diskri­mi­na­si­ya­nın qa­da­ğan edil­mə­si

Hər han­sı ay­rı­seç­ki­li­yə yol ve­ril­mir.

Prak­ti­ka və re­al­lıq bir qə­dər fərqli­dir.

Top­laş­ma azad­lı­ğı­nın po­zul­ma­sı ha­lı ilə bağ­lı Azər­bay­ca­na qar­şı Av­ro­pa Məh­kə­mə­si­nin hər han­sı qə­ra­rı yox­dur.

"Hə­kim­lər hə­yat uğ­run­da Plat­for­ma­sı" Avstri­ya­ya qar­şı,

Olin­ger Avstri­ya­ya qar­şı,

Ba­ra­ke­viç Ru­si­ya­ya qar­şı,

Kuz­net­sov Ru­si­ya­ya qar­şı,

Mah­mu­dov Ru­si­ya­ya qar­şı,

Baç­kovski və qey­ri­lə­ri Pol­şa­ya qar­şı,

Qalstyan Er­mə­nis­ta­na qar­şı,

Mkrtıç­yan Er­mə­nis­ta­na qar­şı,

Ca­vit An Tür­ki­yə­yə qar­şı,

Oya Ata­man Tür­ki­yə­yə qar­şı,

Ci­loğ­lu Tür­ki­yə­yə qar­şı,

Sis­se Fran­sa­ya qar­şı,

Eze­len Fran­sa­ya qar­şı,

İlen­den təş­ki­la­tı Bol­qarsta­na qar­şı,

Xris­ti­an-De­mok­rat Par­ti­ya­sı Mol­do­va­ya qar­şı,

Eva Mol­nar Ma­carsta­na qar­şı qə­rar­la­rı­na bax­dıq­da yu­xa­rı­da sa­da­la­nan prin­sip­lə­rin po­zul­du­ğu (həm mil­li qa­nun­ve­ri­ci­lik, həm də onun tət­bi­qi za­ma­nı) üzə çı­xır.


Azər­bay­can

Qa­nu­na gö­rə, top­lan­tı­nın ke­çi­ril­mə­si üçün 5 gün əv­vəl­dən xə­bər­dar­lıq mək­tu­bu gön­də­ril­mə­li­dir.

Av­ro­pa Şu­ra­sı­nın Ve­ne­si­ya Ko­mis­si­ya­sı­nın, ATƏT-in və mil­li QHT-lə­rin töv­si­yə­lə­ri əsa­sın­da "Sər­bəst Top­laş­ma Azad­lı­ğı Haq­qın­da" Qa­nu­na edi­lən də­yi­şik­lik­lər 30 may 2008-ci il ta­ri­xin­dən qüv­və­yə mi­nib. Də­yi­şik­lik­lər hü­quq mü­da­fiə va­si­tə­lə­rin­dən ef­fek­tiv is­ti­fa­də hü­qu­qu­nu (The Right to an ef­fec­ti­ve re­medy) tə­min edir. Top­lan­tı ke­çir­mək­lə bağ­lı hü­qu­qun hə­ya­ta ke­çi­ril­mə­si­nə qa­da­ğa qo­yul­duq­da və ya hər han­sı şə­kil­də məh­dud­laş­dı­rıl­dıq­da məh­kə­mə or­qan­la­rı top­lan­tı­nın tə­yin olun­du­ğu vax­ta qə­dər şi­ka­yə­tə ba­xıb qə­rar qə­bul et­mə­li­dir.

ATƏT-in De­mok­ra­tik Tə­si­sat­lar və İn­san Hü­quq­la­rı Bü­ro­su­nun (ODİHR) "Top­laş­ma azad­lı­ğı­na da­ir qa­nun­ve­ri­ci­li­yin ha­zır­lan­ma­sı üz­rə rəh­bər Prin­sip­lər"in (de­kabr 2004) 4.4. bən­din­də (Küt­lə­vi təd­bir­lə­rin qa­da­ğan olun­ma­sı) töv­si­yə olu­nur ki, "Va­cib­dir ki, im­ti­na ilə bağ­lı işə top­lan­tı­nın plan­laş­dı­rıl­dı­ğı vaxtdan əv­vəl ba­xıl­sın və məh­kə­mə qə­ra­rı qə­bul olun­sun. Bu məh­kə­mə qə­ra­rı top­lan­tı­nın ke­çi­ril­mə­si­nə da­ir qə­ra­rın ləğv edil­mə­si ha­lın­da təş­ki­lat­çı­la­ra top­lan­tı­nı plan­laş­dı­rı­lan vaxtda ke­çir­mə­yə im­kan ve­rir.

Qa­nu­nun tə­ləb­lə­ri­nə gö­rə, yer­li ha­ki­miy­yət or­qan­la­rı mi­tinqlə­rin, yü­rüş­lə­rin, pi­ket­lə­rin və di­gər açıq top­lan­tı­la­rın ke­çi­ril­mə­si üçün mü­va­fiq şə­ra­it ya­rat­ma­lı­dır.

Qa­nu­nun 9.6. mad­də­si­nə gö­rə, "Yı­ğın­caq­la­rın, mi­tinqlə­rin və nü­ma­yiş­lə­rin ke­çi­ril­mə­si üçün hər bir şə­hər və ra­yon­da mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı xü­su­si yer­lər ayır­ma­lı­dır. Yı­ğın­caq­la­rın, mi­tinqlə­rin və nü­ma­yiş­lə­rin ke­çi­ril­mə­si üçün tək­lif olu­nan yer­lə­rin si­ya­hı­sı yer­li mət­bu­at­da dərc edi­lir və baş­qa üsul­lar­la əha­li­yə çat­dı­rı­lır. Təş­ki­lat­çı­lar yı­ğın­caq, mi­tinq və ya nü­ma­yiş üçün ay­rıl­mış yer­lə­rin bi­ri­ni se­çə bi­lər. Mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı yı­ğın­caq­la­rın, mi­tinqlə­rin və nü­ma­yiş­lə­rin ke­çi­ril­mə­si üçün tək­lif olun­muş yer­lə­rin si­ya­hı­sı­nı mü­ra­ci­ət­lər əsa­sın­da də­yiş­di­rə bi­lər".

Qa­nu­nun bu müd­də­a­la­rı rəh­bər tu­tul­maq­la öl­kə­nin 70-dən ar­tıq şə­hər və qə­sə­bə­sin­də yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın qə­rar­la­rı ilə xü­su­si yer­lər mü­əy­yən olu­nub. Öl­kə­nin pay­tax­tı olan Ba­kı şə­hə­rin­də 12 yer mü­əy­yən edi­lib. Bu yer­lər pay­tax­tın 12 in­zi­ba­ti əra­zi va­hi­di­nin hər bi­rin­də var.


ABŞ

ABŞ-da son 1 il­də baş ve­rən ha­di­sə­lər­lə bağ­lı BMT baş ka­ti­bi ça­ğı­rış edib:

"Dinc top­laş­ma və ifa­də azad­lı­ğı­na tə­mi­nat ve­ril­mə­li­dir". O, tə­rəf­lə­ri ABŞ qa­nun­ve­ri­ci­li­yi­nə və bey­nəl­xalq stan­dartla­ra əməl et­mə­yə ça­ğı­rıb.

ABŞ Konsti­tu­si­ya­sın­da ya­zı­lıb ki, Konqres dinc top­laş­ma, söz, mət­bu­at azad­lı­ğı­nı məh­dud­laş­dı­ran heç bir qa­nun qə­bul et­mə­li de­yil.

Ona gö­rə də bu sə­la­hiy­yət ştat­lar­da­dır və on­lar nə is­tə­yir, onu da edir. ABŞ-ın bü­tün ştat­la­rın­da top­lan­tı ke­çir­mək üçün əv­vəl­cə­dən ica­zə al­maq la­zım­dır.

Mə­sə­lən, Va­şinqton­da (Ko­lum­bi­ya şta­tı) da ica­zə­ni al­maq üçün 15 gün əv­vəl­dən mü­ra­ci­ət edil­mə­li­dir. İca­zə­ni mil­li parklar ida­rə­si və ya po­lis ida­rə­si və ya Ka­pi­to­li və di­gər döv­lət or­qan­la­rı­nın mü­ha­fi­zə ida­rə­si ve­rir. Bos­ton­da da təx­mi­nən hə­min pro­se­dur­dur.

Nyu-Yorkda 45 gün əv­vəl po­li­sə əri­zə ve­ril­mə­li­dir. Əri­zə­nin su­rət­lə­rin­dən bi­ri no­ta­ri­at qay­da­sın­da təs­diq olun­ma­lı­dır. Ta­rix, yer və marşrut də­qiq gös­tə­ril­mə­li­dir.

Po­lis, qey­ri-də­qiq­lik olar­sa, ica­zə ver­mir. Təş­ki­lat­çı bir ne­çə təş­ki­lat­dır­sa, hər bi­ri ay­rı-ay­rı­lıq­da əri­zə ver­mə­li­dir. İm­ti­na­ya çox­say­lı sə­bəb­lər ola bi­lər, o cüm­lə­dən infrastruk­tu­run işi­ni poz­maq. Yə­ni bu qay­da­lar sa­da­la­dı­ğım prin­sip­lə­ri po­zur.

San-Fran­sis­ko­da tə­ləb­lər da­ha cid­di­dir.

Los-An­ce­les­də 40 gün əv­vəl­dən mü­ra­ci­ət edil­mə­li­dir. İca­zə­ni po­lis ve­rir. O, ye­ri, vax­tı, marşru­tu kor­rek­tə et­mək hü­qu­qu­na ma­lik­dir. 300 dol­lar ödə­niş tə­ləb olu­nur. Am­ma bir qay­da ola­raq bu məb­ləğ alın­mır.

ABŞ-da ək­sə­riy­yət şə­hər və ştat­lar­da top­lan­tı­nın ke­çi­ril­mə­si qa­da­ğan olu­nan "səs­siz zo­na­lar" var ki, bu zo­na­lar­da top­lan­tı ke­çi­ril­mə­si qa­da­ğan­dır.


Bir­ləş­mə Azad­lı­ğı

Azər­bay­can

.

Qey­ri-hö­ku­mət təş­ki­lat­la­rın­da bir­ləş­mək azad­dır. Hər kəs əv­vəl­cə­dən heç bir döv­lət or­qa­nı­nı xə­bər­dar et­mə­dən baş­qa­la­rı ilə bir­gə ic­ti­mai bir­lik ya­ra­da bi­lər. Döv­lət qey­diy­ya­tı kö­nül­lü­dür. Döv­lət qey­diy­ya­tın­dan keç­mək hü­quq­dur, və­zi­fə de­yil.

Fə­a­liy­yə­ti­nə məh­kə­mə qə­ra­rı ilə xi­tam ve­ri­lən ic­ti­mai bir­lik yal­nız hü­qu­qi şəxs sta­tu­su­nu iti­rir. Hü­qu­qi şəxs sta­tu­su ləğv edil­miş QHT-nin ic­ti­mai bir­lik ki­mi fə­a­liy­yə­ti­nin da­vam et­mə­si­nə heç bir hü­qu­qi ma­neə yox­dur.

Qrantlar və ma­liy­yə yar­dım­la­rı ver­gi­dən azad­dır.

Son 13 il­də yal­nız bir QHT-nin məh­kə­mə qə­ra­rı ilə hü­qu­qi şəxs sta­tu­su ləğv edi­lib. Bu, Av­ro­pa­da ən aşa­ğı gös­tə­ri­ci­dir.

Qey­ri-Kom­mer­si­ya Hü­qu­qu üz­rə Bey­nəl­xalq Mər­kə­zin araş­dır­ma­la­rı­na gö­rə, "Mə­sə­lən, Bol­qa­rıs­tan­da QHT-ni 50 av­ro­dan 500 av­ro­ya­dək cə­ri­mə edə bi­lər­lər. Pol­şa­da sə­nəd­lə­rin təq­dim edil­mə­si­nə da­ir tə­ləb­lə­ri ye­ri­nə ye­tir­mə­mə­yə gö­rə bir­li­yi 50 000 zlo­tu (11 300 av­ro) aş­ma­yan miq­dar­da cə­ri­mə edə bi­lər­lər. Bu­nun­la be­lə, bu cə­ri­mə ləğv edi­lə bi­lər, bir şərtlə ki, bir­lik dər­hal tə­lə­bi ye­ri­nə ye­tir­sin. Slo­va­ki­ya­da fond he­sa­bat ver­mə­mə­si­nə gö­rə 10 000-dən 100 000 kro­na­dək (250-25 000 av­ro) cə­ri­mə olu­na bi­lər.

Bir sı­ra öl­kə­lər­də (Bos­ni­ya, Xor­va­ti­ya, Ser­bi­ya və Çer­no­qo­ri­ya) cə­ri­mə­lər həm təş­ki­la­ta, həm də po­zun­tu­ya ca­vab­deh olan təş­ki­lat nü­ma­yən­də­si­nə tət­biq olu­na bi­lər".

Bir sı­ra öl­kə­lər­də qey­ri-kom­mer­si­ya təş­ki­lat­la­rı­na qar­şı tət­biq olu­nan sanksi­ya­lar da­ha sərtdir. Be­lə sanksi­ya­lar içə­ri­sin­də təş­ki­lat­la­rın ləğv olun­ma­sı və ya on­la­ra ver­gi gü­zəştlə­ri­nin ləğv edil­mə­si ki­mi sərt sanksi­ya­lar da var. Bu ba­xım­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi da­ha li­be­ral­dır.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da QHT-lə­rə Döv­lət Dəs­tə­yi Şu­ra­sın­dan alı­nan ma­liy­yə yar­dı­mı­nı düz­gün is­ti­fa­də et­mə­yən, cid­di po­zun­tu­la­ra yol ve­rən QHT-lər iki il müd­də­tin­də Şu­ra­nın ma­liy­yə yar­dı­mı mü­sa­bi­qə­lə­rin­də iş­ti­rak hü­qu­qun­dan məh­rum edi­lə bi­lər.

İc­ti­mai-fay­da­lı təş­ki­lat sta­tu­su­nun alın­ma­sı ək­sər öl­kə­lər­də mü­rək­kəb pro­se­dur­lar tə­ləb edir.

ABŞ-da 26 tip qey­ri-hö­ku­mət təş­ki­la­tı var. Gə­lir­siz təş­ki­lat (non-pro­fit) sta­tu­su al­maq və ABŞ ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin 501 C bən­di­nin tə­si­ri­nə düş­mək üçün ən azı 6 ay ər­zin­də xü­su­si pro­se­dur­lar­dan keç­mək tə­ləb olu­nur.


Söz azad­lı­ğı

Azər­bay­can

Küt­lə­vi-in­for­ma­si­ya va­si­tə­lə­ri­nin qey­diy­yat re­ji­mi yox­dur. İs­tə­ni­lən fi­zi­ki və ya hü­qu­qi şəxs mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­na elektron və ya ya­zı­lı bil­di­riş gön­dər­mək­lə KİV tə­sis edə bi­lər.

Öl­kə KİV-inə sub­si­di­ya­lar ve­rən Pre­zi­dent ya­nın­da Fond ya­ra­dı­lıb. Ha­ki­miy­yə­ti sərt tən­qid edən əsas KİV-lə­rin il­lik büd­cə­lə­ri­nin 80%-dən ço­xu döv­lət sub­si­di­ya­la­rı he­sa­bı­na for­ma­la­şır.

Jur­na­listlə­rə döv­lət he­sa­bı­na mən­zil­lər ve­ri­lir.

Bun­dan son­ra Azər­bay­ca­nı 198 öl­kə içə­ri­sin­də 188-ci ye­rə, özü də Şi­ma­li Ko­re­ya, Su­dan, So­ma­li ilə bir sı­ra­da qoy­ma­ğa biz qə­rəz de­sək, çox yum­şaq alı­na­caq.

Dün­ya­nın ək­sər öl­kə­lə­rin­də KİV üçün döv­lət qey­diy­ya­tı nə­zər­də tu­tu­lur. Efir al­maq üçün isə əla­və li­sen­zi­ya­laş­ma nə­zər­də tu­tu­lur.

Av­ro­pa öl­kə­lə­rin­də söz azad­lı­ğı­nın po­zul­ma­sı ilə bağ­lı Av­ro­pa Məh­kə­mə­si­nin on­lar­la qə­ra­rı var".


"Kim­sə öl­kə­də qar­şı­dur­ma ya­ra­dır­sa, ona ABŞ və di­gər öl­kə­lər sı­ğı­na­caq ve­rir"

Üçün­cü mə­ru­zə­ni isə "Olay­lar" İn­for­ma­si­ya Agentli­yi­nin baş di­rek­to­ru Yu­nus Oğuz et­di. "İş­ğal­çı döv­lət­lə­rə və se­pa­rat­çı re­jim­lə­rə mü­na­si­bət­də iki­li stan­dartlar ge­ostra­te­ji ma­raq­la­rın tə­zə­hü­rü ki­mi" möv­zu­sun­da mə­ru­zə­sin­də

Yu­nus Oğuz ol­duq­ca ma­raq­lı mə­sə­lə­lə­rə to­xun­du. O bil­dir­di ki, Ru­si­ya və bir çox təş­ki­lat­lar Azər­bay­can və ye­ni ya­ran­mış döv­lət­lə­rə tə­sir gös­tər­mək gü­cün­də­dir. Onun söz­lə­ri­nə gö­rə, bir sı­ra bey­nəl­xalq qu­rum­lar döv­lə­ti­mi­zə mü­na­si­bət­də iki­li stan­dartla­ra yol ve­rir: "Ge­ostra­te­ji ma­raq­lar, XX əsrdən fərqli ola­raq, ar­tıq XXI əsrdə ye­ni ça­lar­lar­la xü­su­si əhə­miy­yət kəsb edir. Bu ça­lar­lar əsa­sən SSRİ da­ğı­lan­dan son­ra ke­çən əs­rin 90-cı il­lə­rin­də dün­ya­nın ida­rə edil­mə­sin­də bir sis­tem təş­kil et­di. İda­rə­o­lun­ma­da iki­li stan­dartlar özü­nü gös­tə­rir. Düz­dür, Ru­si­ya və bir çox öl­kə­lə­rin Şan­xay təş­ki­la­tı, son dövrlər ya­ra­nan Av­ra­si­ya İt­ti­fa­qı iki­qütblü­lü­yə can atan bir ne­çə döv­lə­tin tim­sa­lın­da bu­nu gör­mək olar. Bir­qütblü döv­lət­lər iki­li stan­dartlar­la ida­rə olun­ma­da, Azər­bay­can da da­xil ol­maq­la, ye­ni ya­ran­mış döv­lət­lə­rə tə­sir gös­tər­mək gü­cün­də­dir. Düz­dür, döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər­də bir­ba­şa bu­nu de­mir­lər, am­ma ye­ni ya­ran­mış döv­lət­lə­rə xa­ri­ci öl­kə­lə­rin SO­ROS, NED ki­mi QHT-lə­ri va­si­tə­si­lə söz­lə­ri­ni eşit­di­rir­lər. Əsas məq­səd də öz­lə­ri­nə ta­be et­dir­mək­dir. Han­sı öl­kə ki, on­la­rın diq­tə­si­nə ta­be ol­maq is­tə­mir, ora­da qar­şı­dur­ma ya­ra­dır­lar. İki­li stan­dartlar­la bağ­lı təs­ni­fat apar­dım. Baş­qa öl­kə­lə­rə ya­naş­maq is­tə­məz­dim, am­ma Azər­bay­can və Er­mə­nis­tan mə­sə­lə­sin­də iki­li stan­dart mü­na­si­bə­ti da­ha çox nə­də gör­düm? İş­ğal­çı­lıq mü­na­si­bə­tin­də. Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Er­mə­nis­ta­nın Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal et­mə­si­nə mü­na­si­bə­ti­ni ifa­də edən 4 qət­na­mə­si var. həm­çi­nin Krı­mın iş­ğa­lı ilə bağ­lı 4 qət­na­mə qə­bul edi­lib. Krım­la bağ­lı sanksi­ya­lar tət­biq edil­sə də, Er­mə­nis­ta­na qar­şı bu ol­ma­dı".

Y.Oğuz qeyd et­di ki, bir sı­ra qüv­və­lər Azər­bay­ca­nın müs­tə­qil si­ya­sət ye­rit­mə­si ilə ra­zı­laş­maq is­tə­mir: "İki­li mü­na­si­bət ola­caq­sa, Azər­bay­can heç bir təş­ki­la­ta, tə­rəf­lə­rə, blok­la­ra qo­şul­mur və qo­şul­ma­ya­caq. Çün­ki Azər­bay­can iki­li stan­dartlar­la ba­rış­maq is­tə­mir. Av­ro­pa İt­ti­fa­qın­da da bu gün prob­lem­lər var. Ola bi­lər, Aİ bu gün özü­nün prob­le­mi ilə üz-üzə qal­sın. Hət­ta bə­zi da­i­rə­lər­də onun par­ça­lan­ma­sı­nı is­tə­yən­lər də var".

Mə­ru­zə­lər din­lən­dik­dən son­ra möv­zu ət­ra­fın­da ma­raq­lı mü­za­ki­rə­lər baş­lan­dı...


"...ABŞ-da hə­lə də ölüm hök­mü qüv­və­də­dir..."

"Eko­no­miks" İq­ti­sa­di Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri Fik­rət Yu­si­fov bil­dir­di ki, Azər­bay­ca­na tət­biq olu­nan iki­li stan­dartlar qə­bu­le­dil­məz­dir: "Azər­bay­can iq­ti­sa­di cə­hət­dən öz gü­cü­nü, qüd­rə­ti­ni ar­tır­dıq­ca, bu­na adek­vat şə­kil­də Azər­bay­ca­na təz­yiq­lər hə­mi­şə ar­ta­caq. Bu gün Azər­bay­can­da ya­xın za­man­da ke­çi­ri­lə­cək Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na qar­şı bü­tün sə­viy­yə­lər­də ke­çi­ri­lən qa­ra pi­ar, he­sab et­mə­yək ki, bu Oyun­lar bi­tən­dən son­ra da­ya­na­caq. Bu iş hə­mi­şə apa­rı­la­caq. Für­sət­dən is­ti­fa­də edib de­mək is­tə­yi­rəm ki, fə­a­liy­yət­də olan bu ko­a­li­si­ya­nın, baş­qa for­mat­da da ol­sa, möv­cud ol­ma­sı­na eh­ti­yac ola­caq".

"İki sa­hil" qə­ze­ti­nin baş re­dak­to­ru Vü­qar Rə­him­za­də bil­dir­di ki, Azər­bay­can qı­sa vaxt ər­zin­də I Av­ro­pa Oyun­la­rı ilə bağ­lı çox bö­yük iş­lər gör­mə­yə baş­la­yıb. Onun de­di­yi­nə gö­rə, Azər­bay­can­da me­dia və söz azad­lı­ğı ilə bağ­lı xey­li iş gö­rü­lüb, təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib: "ABŞ-da hə­lə də ölüm hök­mü qüv­və­də­dir. Be­lə olan hal­da, Azər­bay­ca­na han­sı­sa irad­lar bil­dir­mə­yə haq­la­rı yox­dur. On­la­rın tə­ləb et­dik­lə­ri şey­lər heç on­la­rın özün­də yox­dur və ümu­miy­yət­lə, bu­nu hə­ya­ta ke­çir­mək im­ka­nı be­lə yox­dur. La­kin bə­zi bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən Azər­bay­ca­na qar­şı be­lə id­di­a­lar irə­li sü­rü­lür. Fak­ti­ki ola­raq, Azər­bay­can­da mət­bu­at­la, söz azad­lı­ğı ilə bağ­lı mü­kəm­məl qa­nun­ve­ri­ci­lik ba­za­sı var. Azər­bay­can­da söz azad­lı­ğı sa­hə­sin­də ki­fa­yət qə­dər müs­bət iş­lər gö­rü­lüb".

Cə­miy­yə­tin və Və­tən­daş Mü­na­si­bət­lə­ri­nin İn­ki­şaf İc­ti­mai Bir­li­yi­nin səd­ri Əh­məd Ab­bas­bəy­li bil­dir­di ki, ABŞ-da bə­zi qüv­və­lə­rin Azər­bay­can əley­hi­nə kam­pa­ni­ya apar­ma­sı­nın qar­şı­sı Azər­bay­ca­nın əl­də et­di­yi uğur­lar­la, xoş iş­lər­lə alı­na­caq.

EYS İc­ti­mai Bir­li­yi­nin səd­ri İra­də Ya­qu­bo­va da mü­za­ki­rə­lər­də çı­xış edə­rək de­di ki, Azər­bay­can sül­hün və de­mok­ra­ti­ya­nın, to­le­rantlı­ğın bər­qə­rar ol­du­ğu bir mə­kan­dır. Öl­kə­mi­zə qar­şı qa­ra pi­ar apa­ran qüv­və­lə­rin if­la­sa uğ­ra­ya­ca­ğı­nı de­yən İ. Ya­qu­bo­va Azər­bay­ca­nın bu Oyun­la­rı yük­sək sə­viy­yə­də ke­çi­rə­cə­yi­nə əmin ol­du­ğu­nu bil­dir­di.

BAXCP səd­ri­nin mü­a­vi­ni Ni­ya­məd­din Or­du­xan­lı isə Azər­bay­ca­na qar­şı möv­qe sər­gi­lə­yən­lə­rin ki­fa­yət qə­dər qə­rəz­li ol­du­ğu­nu bil­dir­di: "Biz on­la­ra de­mək is­tə­yi­rik ki, on­la­rın bu möv­qe­yi qə­rəz­li­dir. On­lar bu gü­nə­dək Azər­bay­ca­na qar­şı is­la­mo­fo­bi­ya adı al­tın­da kam­pa­ni­ya apa­rıb. Bu­na la­yiq­li ca­vab ver­mək la­zım­dır".

Mil­li QHT Fo­ru­mu­nun rəh­bə­ri Ra­uf Zey­ni, İn­di­ra Şəm­si­va­ri, Ək­rəm Bəy­də­mir­li, "Ye­ni Azər­bay­can" qə­ze­ti­nin baş re­dak­to­ru Hik­mət Ba­ba­oğ­lu və di­gər çı­xış edən­lər Qərb döv­lət­lə­ri­nin Azər­bay­ca­na mü­na­si­bət­də iki­li stan­dart yü­rüt­dü­yü­nü qeyd et­di­lər. Çı­xış edən­lər bil­dir­di­lər ki, an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı­nın təş­ki­lat­çı­la­rı haq­lı ol­duq­la­rı­nı dü­şü­nür­lər. Be­lə­dir­sə, o za­man BMT-nin qə­bul et­di­yi qət­na­mə­lə­ri ye­ri­nə ye­tir­sin­lər. Çı­xış­çı­lar bil­dir­di­lər ki, Azər­bay­can de­mok­ra­tik döv­lət­dir və mil­li döv­lət­çi­li­yin tə­rə­fin­də­dir.

Də­yir­mi Ma­sa­da ye­kun çı­xı­şı "Ba­kı-2015" Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na Dəs­tək Və­tən­daş Cə­miy­yə­ti Ko­a­li­si­ya­sı"nın me­dia üz­rə ko­or­di­na­to­ru, "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev et­di: "Bu gün Azər­bay­can bö­yük, qlo­bal bir toq­quş­ma­nın için­də­dir, hət­ta onun tə­rə­fin­də­dir. Av­ro­pa Oyun­la­rı bü­tün dün­ya üçün be­lə bir tək­zi­bo­lun­maz hə­qi­qə­ti or­ta­ya qoy­du ki, dün­ya­da Azər­bay­can qə­dər iki­li stan­dart si­ya­sə­ti­nin qur­ba­nı olan ikin­ci öl­kə yox­dur. Ey­ni za­man­da, Azər­bay­can qə­dər də dün­ya­da iki­li stan­dar­ta qar­şı açıq və cə­sa­rət­li mü­ba­ri­zə apa­ran ikin­ci öl­kə yox­dur. Bu mü­ba­ri­zə­ni, baş­da Pre­zi­dent ol­maq­la, bü­tün döv­lə­ti­miz və cə­miy­yə­ti­miz apa­rır. Pre­zi­dent bey­nəl­xalq təd­bir­lər­də açıq bə­yan edib ki, biz iki­li stan­dartlar­dan əziy­yət çə­ki­rik, bey­nəl­xalq hü­quq nor­ma və prin­sip­lə­ri mə­na­sız ka­ğız par­ça­sı­na çev­ri­lib. Cə­miy­yə­ti­miz, QHT və me­dia sek­to­ru, si­ya­si par­ti­ya­la­rın ço­xu da Pre­zi­den­tin bu möv­qe­yi­ni dəs­tək­lə­yir. Bu gün bü­tün dün­ya­da de­di­yim toq­quş­ma iki­li stan­dart si­ya­sə­ti­lə dün­ya­nı ida­rə et­mək is­tə­yən öl­kə­lər­lə iki­li stan­dar­tın qur­ba­nı ol­muş öl­kə­lər ara­sın­da ge­dir. Azər­bay­ca­nın möv­qe­yi haq­dır, dün­ya­da­kı iki­li stan­dart si­ya­sə­tə qar­şı açıq mü­ba­ri­zə apa­ran­da öl­kə­miz in­di tək, zə­if gö­rü­nə bi­lər. Ötən əs­rin 60-cı il­lə­rin­də im­pe­ri­a­liz­min müs­təm­lə­kə sis­te­mi­nə qar­şı mü­ba­ri­zə apa­ran xalqlar da az və zə­if gö­rün­dü­lər. An­caq nə­ti­cə nə ol­du? Hə­min xalqlar qa­lib gəl­di, öz mil­li döv­lət­lə­ri­ni ya­rat­dı­lar, dün­ya­nın dü­zə­ni­ni, si­ya­si sis­te­mi­ni də­yiş­di­lər, bey­nəl­xalq hü­qu­qa ye­ni nor­ma və prin­sip­lər gə­tir­di­lər. Bir vaxt Azər­bay­can da iki­li stan­dartla­ra qar­şı apar­dı­ğı in­di­ki mü­ba­ri­zə­sin­də uğur qa­za­na­caq, onun tə­rəf­daş­la­rı da­ha da ço­xa­la­caq, iki­li stan­dart si­ya­sə­ti apa­ran öl­kə­lər an­la­ya­caq ki, bu si­ya­sət tək Azər­bay­can üçün yox, bü­tün dün­ya­nın təh­lü­kə­siz­li­yi üçün qor­xu­lu­dur. Mən ina­nı­ram ki, Azər­bay­ca­nın iki­li stan­dartlar­la açıq mü­ba­ri­zə­si­nin bö­yük nə­ti­cə­si ola­caq, hə­min nə­ti­cə­nin əl­də olun­ma­sın­da bi­zim ko­a­li­si­ya­nın da az-çox ro­lu ola­caq. Bur­da ko­a­li­si­ya­nın fə­a­liy­yə­ti­nin uzun müd­dət da­vam et­di­ril­mə­si ba­rə­də tək­lif­lə­rin cid­di əsa­sı var.

Bəl­kə də bi­zim ko­a­li­si­ya­nın Av­ro­pa Oyun­la­rın­dan son­ra da öz fə­a­liy­yə­ti­ni da­vam et­dir­mə­si­nə eh­ti­yac ola­caq, çün­ki Azər­bay­ca­nın iki­li stan­dartlar­la zə­ru­ri mü­ba­ri­zə­si hə­lə uzun müd­dət da­vam edə bi­lər".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ