Bakı-2015-in təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirdilər və turun bugünkü son mərhələsi üçün istifadə olunan dövrə Avropa Oyunlarının şose yarışları zamanı da velosipedçilər tərəfindən istifadə olunacaq.
Yarışdan az sonra müsahibə verən Bakı-2015-in İdman Şöbəsinin direktoru Pirs O’Kallaqan deyib: "Biz "Tour d’Azerbaijan”ın yenidən Bakıda uğurla başa çatmasından məmnun qaldıq; bu gün qazandıqları qələbə münasibətilə Primoz Roqliçi və "ADRIA Mobil” komandasını təbrik etmək istərdik. Bu, şəhərdə keçirilən növbəti mötəbər idman tədbiri oldu və həmin dünya səviyyəli idmançıları iyun ayında Avropa Oyunları zamanı Bakının küçələrində yenidən görəcəyimizə ümid edirik”.
Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini və paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlamaq məqsədilə Bakı-2015 Oyunlardan əvvəl Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.