Sabah I Avropa Oyunlarına hazırlıq məqsədilə paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə 9 may 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək. Bu səbəbdən mayın 9-da saat 12:00-dan 19:00-dək Mehdi Hüseyn küçəsi, 1 ünvanından başlayaraq Parlament prospekti boyu, eləcə də Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektlərinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.