"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkəyə turist axınının gücləndirilməsi üçün ən yaxşı yoldur”. Bu barədə Trend-ə Bolqarıstan Parlamentinin deputatı xanım Polina Karastoyanova deyib. O bildirib ki, beynəlxalq tədbirlərə, o cümlədən idman, mədəni, siyasi tədbirlərə ev sahibliyi etmək istənilən ölkəni inkişaf etdirmək üçün ən yaxşı vasitələrdən biridir.
P.Karastoyanovanın sözlərinə görə, idman müxtəlif millətlər arasında münasibətlərin gücləndirilməsi üçün çox vacibdir:
"Çünki idman bizim hamımız üçün ümumi bir dildir. İdman gəncləri həvəsləndirmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün bir vasitədir. Buna görə də mən Azərbaycana I Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə təşşəkür edirəm”.