Rusiyanın "Vestikavkaza.ru" saytı Ağdamın Çəmənli kəndində ermənilərin atəşkəsi pozması nəticəsində dağıdılan evlərin görüntülərini yayıb.
Sayt Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdamın Çəmənli kəndində dinc sakinləri hədəf aldığını deyib.
Qeyd edilib ki, hadisələr zamanı 2 dinc sakin həyatını itirib, 7 nəfər yaralanıb.