22/04/2019 00:42
728 x 90

ABŞ narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanın səylərindən razı olduğunu bəyan etdi

img

ABŞ narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanın səylərindən razıdır. “Trend”in məlumatına görə, bunu ABŞ dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-Mühafizə Fəaliyyəti üzrə Bürodakı müavini Riçard Qlenn deyib.

R.Qlenn bildirib ki, ABŞ Azərbaycanın narkotiklərin öz sərhədlərindən keçirilməsinin qarşısının alınması ilə bağlı səylərini dəstəkləyir: “Biz bu istiqamətdə birgə əməkdaşlıq etmək istəyirik. Narkotiklərin dövriyyəsi beynəlxalq problemdir. Heç bir ölkə bunun öhdəsindən təkbaşına gələ bilməz. Bu məsələdə beynəlxalq tərəfdaşlığın təmin olunması vacibdir”.

Onun sözlərinə görə, Azərbaycan coğrafi cəhətdən beynəlxalq ticarət yollarının kəsişməsində yerləşir: “Amma, təəssüf ki, bu, ölkə ərazsindən narkotiklərin tranziti üçün də yol açır”.

Son xəbərlər